Paytaxtda bu yollar bağlanacaq
Bizi izləyin

Qırmızı.az

Paytaxtda bu yollar bağlanacaq

Paytaxtda daha bir yolda hərəkət məhdudlaşdırılacaq.



Bu barədə “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məlumat verilib.



Belə ki, bu gün saat 22:00-dan yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır.



Xatırladaq ki, ötən gün saat 11:00-dan etibarən də yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə gün ərzində Zığ şossesində (Ramiz Quliyev küçəsi ilə kəsişmədən Zığ dairəsinə qədər) yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm