Qırmızı.az
Soydaşımız Gürcüstanda cinayət hadisəsi törədib
Gürcüstanın Qardabani rayonunda azərbaycanlılar arasında qanlı dava düşüb. ANS PRESS-in Gürcüstan müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün gecə saatlarında baş verib.
Belə ki, Muğanlı kəndində azərbaycanlıların toy məclisi
keçirilib. Toy zamanı 30 yaşlı dindar Nüsrəddin Xıdırovla qohumu 40
yaşlı Oruc Əmiraslanov arasında mübahisə yaranıb. Mübahisə sonradan
əlbəyaxa davaya çevrilib. Dava zamanı Oruc Əmiraslanov söyüş söyüb.
Bundan əsəbləşən Nüsrəddin Xıdırov bıçağa əl atıb.
Əsəblərinə sahib ola bilməyən Nüsrəddin Xıdırov qohumunu ürək
nahiyyəsindən bıçaqlayıb. Ağır bıçaq yarası alan Oruc Əmiraslanovu
həkimlər xilas edə bilməyib.
Qeyd edək ki, Oruc Əmiraslanov iki övlad atasıdır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi