Qırmızı.az
FHN-in Qarabağ Regional Mərkəzində xilasedicilər təlimlər keçiblər
Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri üçün “Deformasiyaya uğramış avtomobilin içərisindən zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.
Təlimin məqsədi xilasetmə işlərinin yüksək səviyyədə təşkili və
həyata keçirilməsi qaydaları, zərərçəkmişlərə ilk yardım və
təxirəsalınmaz tibbi yardımın göstərilərək ərazidən təxliyə
edilməsi üzrə bilikləri artırmaqdır.
Əvvəlcə xilasedicilər texniki təhlükəsizlik qaydaları barədə
ətraflı təlimatlandırılıblar. Ərazidə avtomobil
qəzasının baş verməsi haqqında şərti siqnaldan sonra, xilasedicilər
xilasetmə işlərinə başlayıblar.
Qəzaya uğrayaraq deformasiyaya məruz qalmış avtomobilin kabinəsindəki şəxs xüsusi alət və avadanlıq vasitəsilə xilas edilib. Şərti yaralıya ilkin tibbi yardım göstərilmiş və hadisə yerinə gəlmiş tibb işçilərinə təhvil verilib.
Sonda qrup komandirlərinin və xilasedicilərin fəaliyyəti təhlil edilmiş, xilasetmə əməliyyatının gedişində yol verilmiş nöqsanlar və əldə olunmuş təcrübə barədə fikir mübadiləsi aparılıb
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi