Qırmızı.az
20 yanvar veteranları Şəhidlər Xiyabanını ziyarət ediblər
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası rəyasət heyətinin üzvləri, Beynəlxalq Sülh və Humanitar Cəmiyyətinin sədri 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət etmiş, məzarlar üzərinə gül dəstələri düzüblər.
“Azərbaycan Veteranı” qəzetinin baş redaktoru Bayram İsmayılov AzərTAc-a bildirmişdir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədr əvəzi Surxay Tağızadə, şuranın rəyasət heyətinin üzvü, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri general-mayor Dadaş Rzayev və Beynəlxalq Sülh və Humanitar Cəmiyyətinin sədri professor Ağabəy Azərbaycani çıxış etmişlər. Bildirilmişdir ki, şəhidlərin qanları yerdə qalmayacaq. O dövrlərdə başda M.Qorbaçov olmaqla keçmiş Sovet İttifaqı rəhbərliyinin vəhşi siyasətinin köləsinə çevrilmiş erməni millətçilərinin əli ilə Azərbaycan xalqının başına gətirilmiş dəhşətli və acınacaqlı fəlakətlər qətiyyətlə pislənmiş və düşmən lənətlənib.
Qeyd olunub ki, Azərbaycan xalqının böyük etimadını qazanmış
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti
nəticəsində itirilmiş torpaqlar sülh yolu ilə erməni işğalından
azad ediləcək, qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız öz
dədə-baba yurdlarına qayıdacaq, şəhidlərimizin ruhu şad
olacaqdır.
Sonra tədbir Şurada “dəyirmi masa” arxasında davam etdirilib.
/Azərtac/
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi