Qırmızı.az
Azərbaycanda daha bir həkim ana qatili oldu
Bu gün səhər saatlarında Ucar rayonunda yenicə ana olan
19 yaşlı qadın faciəvi şəkildə dünyasını dəyişib. Bu barədə qadının
qohumu Mahiyyə Hüseynova ANS PRESS-ə şikayətində bildirib.
Şikayətçinin sözlərinə görə, qohumu 19 yaşlı Sayat Əlizamin qızı
Nəsirova həkim səhlənkarlığı səbəbindən ölüb.
Belə ki, ötən gün 19 yaşlı gəlin doğuş üçün Zərdab rayonundan Ucar
rayon Mərkəzi Xəstəxanasına gəlib. Cavanşir adlı həkim qadının
təbii doğuşla azad ola bilməyəcəyini deyərək, qeysəriyyə
əməliyyatını məsləhət bilib. Əməliyyat uğurla həyata keçirilib və
oğlan uşağı dünyaya gəlib.
“Həm Sayat, həm də körpənin vəziyyəti yaxşı idi. Normal
qidalanırdı, danışırdı. Özünü əla hiss edirdi. Körpə də yaxşı olub.
Dünən anası və bibisi Zərdaba gediblər ki, Sayat üçün lazım olan
əşyaları gətirsinlər. Ucardan Zərdaba gedib gəlincə, Sayat
dünyasını dəyişib”, - deyə Mahiyyə Hüseynova bildirib.
Onun sözlərinə görə, Sayat anasına deyibmiş ki, palatada yatağımı
dəyişəcəklər. Hadisə də elə bu zaman baş verib. Gəlinin anası və
bibisə xəstəxanaya qayıdan zaman Sayatın öldüyünü eşidiblər.
Xəstəxanada olanlar deyiblər ki, Sayatı xəstəxananın işçiləri
yıxırdıb. Qadın yıxılıb və başından zərbə alıb.
“Sayatın qulağından qan gəlmişdi. Onun komaya düşdüyünü dedilər.
Bakıdan həkim də çağırıldı. Lakin gələn həkim də Sayata kömək edə
bilmədi”, - deyə Mahiyyə Hüseynova əlavə edib.
Mahiyyə Hüseynova deyir ki, hazırda meyidi morqda müayinə edirlər.
Analizlərin cavabından sonra ölümün dəqiq səbəbləri bilinəcək.
Məsələ ilə bağlı Ucar rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq.
Xəstəxananın baş həkimin müalicə işi üzrə müavini Ata Hacıyevin ANS
PRESS-ə verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında baş
verib. Həkimin sözlərinə görə, Sayat Nəsirovanın əməliyyatdan sonra
vəziyyəti yaxşı olub. Lakin dünən səhər saat 10 radələrində ayağa
duran zaman ayağı büdrəyib və yıxılıb.
“Başı dəyib və qulağından qan axıb. Komaya düşüb və komadan
ayılmayıb. Hadisə baş verən zaman tibb bacısı da yanında olub.
Hazırda hadisə araşdırılır. Araşdırmalardan sonra məsələnin dəqiq
səbəbləri məlum olacaq”, - deyə Ata Hacıyev bildirib.
Faktla bağlı rayon Prokurorluğundan cinayət işi başlanıb, araşdırma
aparılır.
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı