Qırmızı.az
Prezident İlham Əliyev və xanımı yeni aerovağzalın açılışında iştirak edib
Aprelin 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olmuşdur.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış
mərasimində iştirak etmişlər.
Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün
aerovağzal binası ilk dəfə 1933-cü ildə yaradılmışdır. Bakı
aeroportunun ərazisində ilk ikimərtəbəli aerovağzal binası 1965-ci
ildə tikilib istismara verilmişdir. 1980-ci ildə ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə Bakı aeroportunda yeni aerovağzal
kompleksinin layihələndirilməsinə və tikintisinə başlanmışdır.
Lakin bu layihənin həyata keçirilməsi yalnız Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra baş tutmuşdur. Beynəlxalq
standartlar səviyyəsində aerovağzal kompleksinin açılışı ulu öndər
Heydər Əliyevin iştirakı ildə 1999-cu ildə olmuşdur. Cəmi bir neçə
il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici
yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri
müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş,
digər silsilə tədbirlər reallaşdırılmışdır.
Bununla paralel olaraq, ölkənin regionlarında da mülki aviasiya
intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə
beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı
işə düşmüşdür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı
çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncədə,
Zaqatalada və Lənkəranda hava limanları istismara verilmişdir. Daha
sonra Qəbələdə və Yevlaxda hava limanları inşa olunmuşdur.
Bundan əlavə, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə
çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL)
təyyarə parkı dünyanın tanınmış şirkətlərindən alınan yeni və
müasir təyyarələrlə zənginləşdirilmişdir. Hazırda AZAL-ın
təyyarələri dünyanın onlarla ölkəsinə uçuşlar həyata keçirir.
Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli
mövqe tutmasını başlıca prioritetlərdən biri kimi qarşıya məqsəd
qoyan Prezident İlham Əliyevin həyata keçirdiyi sürətli
sosial-iqtisadi inkişaf proqramları mülki aviasiyanın yüksəlişində
də mühüm rol oynamışdır. Son illərdə ölkəmizdə mülki aviasiyanın
inkişafı istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev
Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin
tikintisidir.
2011-ci il martın 17-də Prezident İlham Əliyevin iştirakı ilə
təməli qoyulan və bu günlərdə tikintisi başa çatdırılan yeni
aerovağzal kompleksi gözəlliyi və funksional keyfiyyətləri ilə
seçilir. Dövlətimizin başçısı bir neçə dəfə tikinti işlərinin
gedişi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni
aerovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov
görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə
xüsusi diqqət göstərilir. Nəhəng aviaşirkətlərdən birinə çevrilmiş
AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına
görə liderlərdən biridir. Heydər Əliyev Beynəlxalq Aeroportunda
yeni aerovağzal kompleksinin istifadəyə verilməsi bu hava limanının
strateji əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov
respublikamızın hava nəqliyyatının modernləşdirilməsinə göstərdiyi
diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Cahangir Əsgərov yeni aerovağzal kompleksinin ilk rəmzi sərnişin
biletlərini dövlətimizin başçısına və xanımına təqdim etdi.
Sonra kompleksin tikinti işləri üzrə baş əlaqələndiricisi Martin
Burns və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının
direktor müavini Hacıağa Əliyev çıxış etdilər.
Prezident İlham Əliyev yeni aerovağzal kompleksi ilə yaxından tanış
oldu.
Azərbaycanın mülki aviasiyası bütün dünyada nəqliyyatın elitar və
yüksək texnologiyalara əsaslanan seqmenti kimi tanınmaqdadır.
Azərbaycanın coğrafi cəhətdən olduqca əlverişli mövqedə yerləşməsi
ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki rolunu və yerini
daha da artırır. Ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə
xüsusi diqqət göstərən Prezident İlham Əliyevin tapşırıq və
göstərişlərinin yüksək səviyyədə icra olunması Azərbaycanın
aviasiya sahəsinin tamamilə yeni mərhələyə çıxarılmasına şərait
yaratmışdır. Məhz dövlətimizin başçısının xüsusi diqqət və qayğısı
sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafının yeni
mərhələsinə qədəm qoymuşdur.
Son illərdə respublika ərazisində mövcud olan aeroportların
maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalların
fəaliyyətinin müasir səviyyəyə çatdırılması istiqamətində görülən
işlər ardıcıl və sistemli xarakter daşıyır. Mülki aviasiyanın
inkişafına Prezident İlham Əliyevin göstərdiyi diqqətin ən önəmli
nəticələrindən biri də Heydər Əliyev Beynəlxalq aeroportunda yeni
aerovağzal binasının inşasıdır. Bu layihənin həyata keçirilməsində
məqsəd sərnişin aviadaşımaları ilə bağlı xidmətin səviyyəsini daha
da yüksəltmək, eləcə də uçuşların təhlükəsizliyini dünya
standartlarına uyğunlaşdırmaqdır.
Bildirildi ki, ildə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni
aerovağzal kompleksinin sahəsi 65 min kvadratmetrdir. Təyyarə
qanadları formasında olan dördmərtəbəli möhtəşəm aerovağzal binası
memarlıq görünüşü ilə diqqəti cəlb edir. Birinci mərtəbə uçuşa
gedən sərnişinlərin qeydiyyatı və gələn sərnişinlərin baqajlarının
alınması üçün nəzərdə tutulmuşdur. Burada, həmçinin "biznes-klass"
sərnişinlərə də yüksək səviyyədə xidmət göstəriləcəkdir. Aerovağzal
kompleksinin ikinci mərtəbəsi isə uçuşdan gələn sərnişinlər üçün
nəzərdə tutulmuşdur. Bu mərtəbədə sərnişinlərin sərhəd nəzarəti,
viza alınması üçün köşklər, tranzit sərnişinlərin aviasiya
təhlükəsizliyi nəzarəti sahələri, eləcə də uçuşa gedən sərnişinlər
üçün istirahət zonaları yaradılmışdır. Sərnişinlərin gedişi üçün
nəzərdə tutulan üçüncü mərtəbədə müasir sərnişindaşınma
texnologiyasına əsaslanan, sərnişinlərin gömrük və aviasiya
təhlükəsizliyi və sərhəd nəzarəti həyata keçirilir. Bu mərtəbədə
xüsusi dizaynla tərtib olunmuş "Duty free" mağazaları, kafelər
fəaliyyət göstərir. Aerovağzal binasının dördüncü mərtəbəsində də
"bizness klass" sərnişinlərə xidmət göstərmək məqsədilə bar və
kafelər, görüşlərin keçirilməsi üçün rabitə avadanlığı ilə təchiz
olunan otaqlar yerləşir. Bütün mərtəbələrdə elektron məlumat
tabloları yerləşdirilmişdir.
Yeni terminalın binasında müasir eskalatorlar və liftlər
quraşdırılmışdır. Burada beynəlxalq aviasiyada istifadə olunan ən
son elmi-texniki yeniliklər tətbiq edilmişdir. Müasir görünüşü ilə
diqqəti cəlb edən yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək
tələblər səviyyəsində olacaqdır. Ən müasir avadanlığın tətbiqi
uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaqdır.
Aerovağzal binasında sərnişinlərin dincəlməsi üçün yüksək
standartlar nəzərə alınmışdır. Burada sərnişinlərin zövqünü oxşamaq
üçün yaşıl zonalar xüsusi dizaynla yerləşdirilmişdir. Binanın
ərazisində eyni vaxtda 12 təyyarəni qəbul edə biləcək teleskopik
traplar quraşdırılmışdır. Teleskopik traplardan ikisi dünyanın ən
böyük sərnişin təyyarəsini - ikigöyərtəli "Airbus A380" hava
gəmisini qəbul etmək üçün nəzərdə tutulmuşdur. Təhlükəsizlik
tədbirləri ən müasir standartlar səviyyəsində həyata keçirilir.
Məlumat verildi ki, aerovağzal binasında mühəndis-texniki,
sərnişindaşıma və aviasiya təhlükəsizliyi ilə bağlı kadrların işə
qəbulu müsabiqə yolu ilə aparılmışdır. Yeni işçilərin qəbulu və
məşqləri ilə bağlı bütün tədbirlər başa çatmışdır. Ümumilikdə,
Heydər Əliyev Beynəlxalq Aeroportundakı yeni aerovağzal binasında
hava gəmilərinin qəbulu, yerüstü xidməti üçün bütün lazımi
infrastruktur mövcuddur.
Qeyd olundu ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə
aviasiya təhlükəsizliyi sahəsində aparılan audit nəticəsində
Azərbaycana "1-ci dərəcə" statusu verilmişdir. Hazırda Heydər
Əliyev Beynəlxalq Aeroportundan dünyanın 15 dövlətinin 33 hava
limanına uçuşlar həyata keçirilir. Uzaq məsafələrə, o cümlədən
ABŞ-a birbaşa uçuşların təşkili istiqamətində aparılan işlər
yekunlaşmaq üzrədir. Respublika daxilində isə Naxçıvan, Gəncə,
Qəbələ şəhərlərinə müntəzəm, Zaqatala və Lənkəran şəhərlərinə isə
çarter reysləri yerinə yetirilir. 2013-cü ildə Heydər Əliyev
Beynəlxalq Aeroportundan təyinat məntəqələrinə və geriyə 2 milyon
857 min sərnişin daşınmışdır. Bu göstəricilər son illərdə ölkəmizin
hava nəqliyyatının modernləşdirilməsinin və təyyarə parkının
müasir, yeni təyyarələrlə daha da zənginləşməsi sayəsində əldə
olunmuşdur. Yeni aerovağzal kompleksinin meydanında 750 avtomobil
yerlik dayanacaq və ona birləşən yollar da tikilmiş, ətrafda geniş
yaşıllaşdırma işləri aparılmışdır.
Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirdi, müvafiq
tapşırıq və tövsiyələrini verdi.
Sonda xatirə şəkli çəkdirildi.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin
ilk sərnişinləri - Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva aprelin 23-də Çex Respublikasının paytaxtı Praqaya yola
düşdülər.
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ