Qırmızı.az
ADU-nun tələbələri beynəlxalq konfransda
Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 5 tələbəsi mayın 4-6-da Rusiyanın Elm və Təhsil Nazirliyinin konfransında iştirak edəcək.
ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən Publika.Az-a verilən məlumata görə, tədbir Vladivostok şəhərində yerləşən Uzaq Şərq Federativ Universitetində “Rusiya- XXI əsr: Sakit Vektor” mövzusunda keçiriləcək.
VII Ümumrusiya elmi-praktik tələbə konfransında iştirakçılar iqtisadiyyat, siyasət, hüquq və sosial-mədəni tədqiqat sahələrində xarici və Rusiya tədqiqatçılarının elmi əsərlərini əsas götürərək, Asiya-Sakit Okean regionu ölkələrinin Rusiya ilə əməkdaşlığının təhlili ilə bağlı çıxışlar edəcəklər.
Asiya- Sakit Okean regionunda Rusiyanın perspektivləri ilə bağlı mövcud elmi tədqiqatlarını, fikirlərini bölüşmək, təhlil aparmaq üçün unikal imkan qazanacaqlar.
Konfrans “Rusiyanın Asiya- Sakit Okean regionu çoxtərəfli diplomatiyasının sosial-iqtisadi inkişafının səmərəli vasitəsi kimi”, “Mədəni xüsusiyyətlərin Asiya- Sakit Okean regionunda inteqrasiya prosesi yollarına təsiri” və “Beynəlxalq əlaqələrdə Rusiya əsas aktyor kimi: Asiya- Sakit Okean əməkdaşlığının yeni formaları” bölmələrindən ibarətdir.
Konfransda Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 456-cı qrup tələbəsi Elşən Hüseynov “İqtisadi əməkdaşlıq ümummilli marağa təşviq yolu kimi”, həmin qrupun digər tələbəsi Rafiq Zeynalov “Müasir beynəlxalq münasibətlərdə Asiyanın rolu”, , 143a qrup tələbəsi Aydın Ağayev “ Rusiya- mədəni xüsusiyyətlərin Asiya və Sakit okeanına inteqrasiya prosesi yollarına təsiri”, 143b qrup tələbələri Əvəz Səfərov və Natiq Salahov “Beynəlxalq əlaqələrdə Rusiya əsas aktyor kimi: Asiya- Sakit Okean əməkdaşlığının yeni formaları”, “Rusiyanın Asiya- Sakit Okean regionu çoxtərəfli diplomatiyasının sosial-iqtisadi inkişafın səmərəli vasitəsi kimi”, mövzularında çıxış edəcəklər.
ADU tələbələrindən Elşən Hüseynov, Rafiq Zeynalov konfransın işinə birbaşa qatılacaq. Digər 3 tələbə isə konfransda distant yolla iştirak edəcəklər.
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu