Qırmızı.az
Britaniyalı professorlar ADU-da mühazirə keçib
Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov Böyük Britaniyanın Qlazqo Universitetinin nümayəndələri professor Vivienne Baumfield və professor Donald Macleod ilə görüşüb. Publika.Az-ın məlumatına görə, rektor Böyük Britaniya universitetləri ilə əlaqələrə toxunub və ADU nümayəndə heyətinin Qlazqo Universitetində keçirdiyi müntəzəm görüşlərini xatırladıb. Esseks universiteti ilə əlaqələrin mövcudluğuna diqqət çəkərək o, Böyük Britaniya universitetləri ilə əməkdaşlığın getdikcə inkişaf etdiyini vurğulayıb. Daha sonra rektor British Council-la ADU-nun əlaqələrindən söz açıb. Beynəlxalq əməkdaşlığın inkişafına universitetin xüsusi önəm verdiyini deyən rektor bu əlaqələrin tələbələr üçün böyük əhəmiyyəti olduğunu deyib. O, ADU-nun bütün fakültələrinin beynəlxalq əməkdaşlıqdan bəhrələndiyini qeyd edib. Rektor, professor Səməd Seyidov həm Pedaqoji fakültədə, həm də Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində təhsil alan bir qrup tələbənin xaricə oxumağa göndəriləcəyini deyib.
Qlazqo Universitetinin professoru Vivienne Baumfiled Qlazqo Universitetinin ADU ilə əlaqələrin inkişafından məmnunluğunu dilə gətirərək, bu əməkdaşlığın davam etməsinin hər iki tərəf üçün əhəmiyyətli olduğundan söz açıb. O, Qlazqo Universitetinin distant təhsil vasitəsilə ADU tələbələri üçün müxtəlif seminar və məşğələlərin təşkili imkanlarından danışıb
Sonra TESOl (Teachers of English to Speakers of Other Languages-Digər Dildə danışanlar üçün İngilis dili müəllimi) proqramı və digər ikitərəfli mübadilə imkanlarının müzakirəsi olub.
Professor Vivienne Baumfield və professor Donald Macleod ADU-nun magistr pilləsində təhsil alan tələbələrinə “Şotlandiyada Universitet Təhsili” mövzusunda mühazirə təqdim ediblər. Bununla yanaşı, Qlazqo Universitetinin nümayəndələri ADU-nun müəllimlərinə “Qlazqo Universitetində müəllim təhsilində cari pedaqoji inkişaf” mövzusunda seminar keçib.
Xatırladaq ki, 2013-cü ilin may ayının 6-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyaya səfəri çərçivəsində Qlazqo Universitetində olub. ADU ilə Qlazqo Universiteti arasında magistratura pilləsində tələbə mübadiləsi haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, universitetlərarası ikitərəfli əməkdaşlıq çərçivəsində ADU-nun tələbələri təhsillərini bu universitetdə davam etdirmək fürsəti qazanırlar. Bundan başqa, əməkdaşlığa həm də elmi və universitet əməkdaşlarının qarşılıqlı mübadiləsi, birgə konfransların təşkili, kitab və jurnal nəşrləri daxildir.
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM