Qırmızı.az
“Ermənistan Gömrük İttifaqına qoşulmasını da Bakının üzərinə yıxır”
Praqada keçirilən Şərq Tərəfdaşlığı sammitində iştirak edən iqtisadçı ekspert Vüqar Bayramlı Ermənistan nümayəndə heyətinin tədbirdə biabırçılığı haqda yazıb.
Publika.Az xəbər verir ki, V. Bayramlı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi vacibdir: “Amma Ermənistan nümayəndə heyətinin az qala daxili məsələlərdə ya Azərbaycanı və ya Türkiyəni günahlandırması regionda “qaydasız diplomatiya oyunundan” xəbər verir. Nəinki Praqa Sammitində hətta son aylar təşkil edilən bütün beynəlxalq tədbirlərdə ermənilər hətta Gömrük İttifaqına qoşulmaqlarında da Azərbaycanı suçlu olduğunu müxtəlif auditoriyalara çatdırmağa çalışırlar. Öz ərazisində Rusiya hərbi bazasını saxlayan və daimi olaraq Moskvadan silah yardımı alan Yerevan ötən yay Azərbaycanın Rusiya arasındakı ticari anlaşmanı Ermənistanın Gömrük İttifaqına qoşulmasının əsas səbəbi kimi göstərirlər. Buna nə ad vermək olar?
Nə isə demək çətindir. Biz təbii ki, bütün görüşlərdə erməni
arqumentlərini cavablandırırıq və Qarabağ məsələsində nəinki
Rusiyanın aqressiv siyasətini, hətta Qərbin də ikili siyasətindən
narahatçılığımızı bildiririk.
Dünən burada baş verənlərini izah etmək üçünsə söz tapmaq
çətindir”.
V. Bayramlı qeyd edib ki, Ermənistan dövlət başçısı Şərqi Tərəfdaşlıq Sammitində çıxışını Yerevanın Moskva ilə yaxınlaşması, Avropa Birliyi ilə danışıqları dayandırması səbəbləri deyil, Türkiyənin ittihamına ünvanlanan qondurma soyqırımı üzərində qurur.
“Halbuki nə Türkiyənin coğrafi baxımdan Şərqi Tərəfdaşlıq Proqramına dəxli var, nə də qondurma soyqırımı nə zamansa sözügedən proqramın gündəliyində olub. Azərbaycan Prezidenti İlham Əliyevin isə “Türkiyə burada yoxdur, mən buradayam deyərək” Ermənistan dövlət başçısına sərt cavab verməsi nəinki qürur vericidir, məncə, hətta bir neçə gün öncə baş naziri ermənilərə baş sağlığı verən Türkiyə üçün də az əhəmiyyətli deyil”-deyə o diqqətə çatdırıb.
Qeyd edək ki, Serj Sarkisyan bütün çıxışını qondarma soyqırımı ilə bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr edib.
Prezident İlham Əliyev Sarkisyana “Bilirsiniz ki, Türkiyə burada
təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab
verirəm!” deyə bildirib.
Asif
-
Sosial16:13
Güclü külək əsəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz15:38
Avropa İttifaqının missiya rəhbəri Qaragölə niyə gəlib?
-
Rəsmi xronika15:13
Prezident fərman imzaladı
-
Nida Xəbər 14:38
Göyçə mahalındakı bu mövqelər Azərbaycana verilir? - Rəsmi açıqlama
-
Bilgi.az13:56
Bir rolla tarixdə qalan aktyor: "Şofer Əhməd" ölümündən əvvəl son şəkli kiminlə çəkdirib?
-
Dünya13:31
Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər
-
Maraq dünyası12:31
İndiyədək görünməyən məbləğdə kirayə müqaviləsi bağlandı - Fantastik rəqəm
-
Region11:51
İrəvanda qarşıdurma: Polislə etirazçılar toqquşdu - VİDEO