Qırmızı.az
Azərbaycan bu gün 12 məhbusu İrana təhvil verdi
Bu gün Azərbaycan həbsxanalarında cəza çəkən daha 12 İran vətəndaşı Astara keçid məntəqəsindən İran məhkəmə sisteminin nümayəndəsinə təhvil verilib.
Məhbusların təhvil verilməsi İran və Azərbaycan arasında
məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında baş tutub. Bunu Trend-ə İranın
Azərbaycandakı səfirliyinin konsulu Möhsün Molayi bildirib.
M.Molayi deyib ki, son aylarda iki
ölkənin münasibətlərində müsbət ab-havanın yaranması, İranın
Azərbaycandakı səfirliyinin səyi və Azərbaycan hökumətinin
əməkdaşlığı ilə son bir ay ərzində Azərbaycan həbsxanalarında cəza
çəkən 34 İran vətəndaşı ölkəyə qaytarılıb və daha 35 nəfərin yaxın
bir ay ərzində İrana qaytarılması razılaşdırılıb.
O, qeyd edib ki, bu gün qaytarılan məhbuslardan üçü qadındır.
Konsul onu da əlavə edib ki, hazırda Azərbaycan həbsxanalarında
təxminən 150-ə yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu
narkotiklərin satışı və daşınmasına görə
həbs olunub.
Qeyd edək ki, ötən həftələr ərzində İranda cəza çəkən 5 Azərbaycan
vətəndaşı ölkəmizə qaytarılıb.
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?