Qırmızı.az
“İRƏLİ” Gürcüstanda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
Gürcüstanın Mtsxeta şəhərində Avropa Komissiyasının maliyyə dəstəyi ilə “Enterprise your Culture” Beynəlxalq gənclər mübadiləsi proqramı həyata keçirilib.
Tədbirdə Azərbaycanı “İRƏLİ” İctimai Birliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Şahin Paşa, Siyasi Diplomatiya Klubunun rəhbəri Fərid Məhərrəmli, fəal üzvlər Aytən Bağırlı, Ləman Muradova və Samir Niftəliyev təmsil ediblər.Layihə çərçivəsində mövzu ilə əlaqədar nəzəri və tətbiqi panellər həyata keçirilib, qədim mədəniyyət mərkəzlərinə səfərlər təşkil olunub.
Tədbirdə Azərbaycanda aparılan uğurlu gənclər siyasətindən danışılıb. Həmçinin “İRƏLİ” nümayəndələri tərəfindən birliyin bu günə qədər həyata keçirdiyi beynəlxalq layihələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib və “İRƏLİ”nin fəaliyyətini əks etdirən təqdimat nümayiş olunub.Tədbirdə ümumilikdə 5 ölkəni təmsil edən (Azərbaycan, Gürcüstan, Türkiyə, taliya, Polşa) gənclər iştirak ediblər.
-
Magazin123:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO