Qırmızı.az
Bakıda daha bir yol çökdü
Bakıda daha bir yolda baş verən çökmənin səbəbi
açıqlanıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin
rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, paytaxtın Ağa
Nemətulla küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsində yol
tunelinin sağ hissəsində kommunikasiya xəttinin tutulması
nəticəsində çökmə baş verib.
Onun sözlərinə görə, kanalizasiya xətti tutulduğundan, çirkab
suları yolun əsasını yuyub və nəticədə yolun bir hissəsi çöküb.
P.Mürsəliyev bildirib ki, hazırda yolun çökən hissəsi çirkab su ilə
dolu olduğundan, çökmənin dərinliyini ölçmək mümkün deyil.
Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, hazırda
qəzanın aradan qaldırılması üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin
mütəxəssisləri ərazidədirlər.
Qeyd edək ki, bir müddət öncə Nobel prospektində də kommunikasiya xəttinin sızması nəticəsində çökmə baş vermişdi.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman5 May 20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"