Qırmızı.az
Türklərin ulu yurdu belə batdı - Fantastik nəzəriyyə - FOTOLAR - VİDEO
14 min il əvvəl batan əfsanəvi qitə “MU”. Əfsanəyə görə, qitədə yaşayan 64 milyon insan əsrarəngiz bir şəkildə sulara qərq olub. O qitə batmasaydı, bəşəriyyət bəlkə də bu gün olduğu yerdən çox daha irəlidə olardı. Yaxşı, bəs nə idi bu qitənin sirri?
Publika.Az türk mediasına istinadən xəbər verir ki, əfsanəvi adada dörd ayrı irq, təktanrılı din, simvolizmə söykənən təhsil sistemi və inkişaf etmiş sivilizasiyanın olduğuna dair ilkin iddianın sahibi Ceyms Çörçvarddır. Onun ada ilə bağlı ən önəmli iddiası yer üzündə insanın ilk dəfə ortaya çıxdığı yer olması idi.
Yenə bu iddiaya görə, Yeni Zelandiya və Havay da birdən-birə itən bu əsrarəngiz qitənin hissələridir. Yaxşı bəs niyə yox oldu bu qitə? Fərziyyələrə görə, qitənin altında qaz partlayışları baş verib və qitə milyonlarla insanla birlikdə sulara gömülüb.
Çinə və ətraf adalara qaçanların kitabələrində “qitəmiz batdı, biz də bura qaçdıq” yazılır.Türklərin də Mu qitəsi ilə bağlı olduğu söz-söhbətləri də fərziyyələrə əlavə olunub. Mu qitəsi Mustafa Kamal Atatürkün təlimatı ilə bir qrup tərəfindən araşdırılıb. Dənizin dibindəki qalıqlara karbon testləri edilib.
Təxminən 50 il ərzində 20-dən çox ölkəyə gedərək Mu sivilizasiyası haqqında məlumat yığan Ceyms Çörçvardın və Mu fərziyyəsini dəstəkləyənlərin fikirləri qısaca belədir:
-Yer üzündə insanın ilk dəfə ortaya çıxdığı qitə Mu qitəsidir.
-Mu qitəsi şimaldan cənuba 3000 mil, şərqdən qərbə 5000 mil qədər uzanan, üç quru parçasından ibarət olan böyük bir qitə idi.
-İndiki dövrdə Polineziya, Mikroneziya və Melaneziya adalar silsiləsini təşkil edən adalar yəqin ki, bu qitədən geriyə qalan quru parçalarıdır.
-Bu qitə qaz partlayışları nəticəsində, təxminən 12.000 il əvvəl 64 milyon əhalisi ilə birlikdə sulara qərq olub.
-Bu qitədə 70.000 il əvvəl tək tanrılı din mövcud idi. Eyni tarixlərdə mulular digər qitələrdə koloniyalar yaratmağa başlamışdılar.
-Mu dininin təhsilini “Naakaller” adlı rahiblər öz üzərinə götürmüşdü və simvolizmə söykənən təhsili var idi.
-Dörd irqdən ibarət olan mulularda yazı dilləri fərqli, danışıq dilləri ortaq idi.
-Mulular günümüzün sivilizasiyasına nisbətən mənəvi sahələrdə daha çox irəlidə idilər.
-Sivilizasiyasının ən əhəmiyyətli süqut səbəbi bir mərhələdən digərinə keçərkən yaşanan qarışıqlıq dövrünü aşa bilməməsi olub.
Ümumiyyətlə, bu iddiaların hər hansı birini dəstəkləyəcək arxeoloji və ya antropoloji tapıntı yoxdur. Mu qitəsinin necə batdığı ilə bağlı iddialar Mu fərziyyəsini müdafiə edənlər arasında da qəbul olunmayıb.
Nərgiz
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?