Qırmızı.az
Qəbələ və Şamaxıya dolu yağdı - FOTOLAR
Mayın 4-ü axşam saatlarında Azərbaycanın bəzi
rayonlarına güclü dolu düşüb.
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, gecə saat 20:00 radələrində Qəbələ rayonuna yağan yağış və dolu kənd təsərrüfatına ciddi ziyan vurub. Güclü leysan daha sonra doluya çevrilib. Təxminən qırx dəqiqə ərzində davam edən dolunun çəkisi 30-40 qram olub. Dolu evlərə ziyan vurmasa da əkin sahələrinə və bağlarda meyvə ağaclarına ciddi ziyan vurub.
Şamaxıya da güclü dolu düşüb.Bir anda başlayan göy
gürültusu və ildırım ardınca güclü dolu yağıntısı müşahidə olunub.
Ani başlayan dolu bir anda güclənib. Dolu dənələri 1.5 sm
böyüklüyündə olub. 6 dəqiqə davam edən dolu Şamaxıda həyatı iflic
edib. Əhali arasında qorxu və həyacan yaşanıb. Evlərin dam örtüyü
ziyan dəyməyib. Kənd təsərrüffatına da ağır zərbə vuran dolu
meyvəçiliyin məhvinə səbəb olub. Dolu güclü leysanla əvəz
olunub.
Rayonlarda elektrik enerjisinin verilişində
problemlər yaranıb. Bəzi kəndlərə enerji verilişi dayandırılıb.
Təsərrüfatlara dəyən ziyanın miqdarı hələlik dəqiq
bilinmir.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq