Qırmızı.az
Ağdam Çörək Muzeyinin bərpası təklif edildi
Söz Azadlığını Müdafiə Fondu (SAMF) Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıb.
Publika.az-ın məlumatına görə, müraciətdə 18 may Beynəlxalq Muzeylər Günü ərəfəsində 1983-cü ildən fəaliyyət göstərmiş, dünyada ikinci, keçmiş SSRİ məkanında birinci olan Ağdam Çörək Muzeyinin bərpasına kömək edilməsi təklif olunur.
Bir nüsxəsi də kütləvi informasiya vasitələrinə ünvanlanmış müraciətdə qeyd edilir ki, 2004-cü ildən fəaliyyətə başlayan Söz Azadlığını Müdafiə Fondu (SAMF) müvafiq fəaliyyət dairəsi ilə paralel olaraq ölkəmizin bir nömrəli problemi olan Qarabağ müharibəsi nəticəsində işğal altındakı maddi-mədəni irsimizin araşdırılması, qədim abidələrimizin tədqiq edilməsi, o cümlədən ölkəmizə və xalqımızın tarixinə dəymiş maddi-mənəvi zərərin miqyasının araşdırılması, hesablanması, əldə olunmuş real fakt və rəqəmlərin yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində bir neçə layihənin həyata keçirilməsinə nail olub. Belə layihələrdən biri də işğal altında olan Qarabağ muzeyləri ilə bağlıdır.
Müraciətdə həmçinin qeyd edilir ki, 1983-cü ildən fəaliyyət göstərən Ağdam Çörək Muzeyi ilə bağlı fondun əməkdaşı Vüqar Tofiqlinin müəllifliyi ilə əlahiddə olaraq geniş məzmunlu tədqiqat işləri aparılıb. Ötən il isə dünyada ikinci olan muzeyin fəaliyyətə başlamasının 30 illiyi tamam olub. SAMF əməkdaşlarının layihələr çərçivəsində apardıqları çoxsaylı araşdırmalar zamanı məhz bu muzeylə bağlı əldə edilmiş iyirmidən artıq eksponat fondun arxivində saxlanılır.
Müraciətin sonunda isə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə bir daha xüsusi müraciətlə qeyd edilir: “Vaxtilə məhz Ağdamda fəaliyyət göstərmiş, dünyada ikinci Çörək Muzeyinin indi rayonun işğal altında olmayan ərazisində bərpasının böyük əhəmiyyəti vardır. Keçmiş SSRİ məkanında bu statusda birinci olan muzeyin bərpası gənclərdə çörəyə və hallığa olan münasibətin kökündən dəyişməsinə səbəb ola bilər. Bu ruhda böyüyən gəncin sabah vətən sevgisi də yetərincə olacaqdır. Əldə etdiyimiz eksponatları isə fəaliyyəti bərpa olunacaq muzeyə təmənnasız təqdim etməyə hazırıq.
Ağdam Çörək Muzeyinin bərpası həm xalqımızın çörəyə, bərəkətə xüsusi dəyər verməsinin nümunəsi kimi çox vacib amilin abidələşməsinə səbəb olar, həm də erməni qəsbkarlarının Azərbaycana vurduğu tarixi bir zərərin aradan qaldırılmasında əvəzsiz rol oynayar. Odur ki, dünyada ikinci olan Ağdam Çörək Muzeyinin bərpası ilə bağlı atacağınız hər bir addımı alqışlayır və vətəndaş cəmiyyətinin bir təmsilçisi kimi bu addıma dəstək verməyə hazır olduğumuzu bildiririk”.
Vasif Həsənli
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri