Qırmızı.az
Rusiyada Heydər Əliyevlə bağlı tədbir keçirilib
Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91, Heydər Əliyev Fondunun 10 illik yubleyi təntənəli şəkildə konsert tədbirləri ilə qeyd edilib
Keçmiş millət vəkili Anar Axundzadənin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov tərəfindən təşkil olunan tədbirdə konsertdən əvvəl keçirilən görüşdə Azərbaycan tərəfindən ölkəmizin Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, onun müavini Qüdsi Osmanov, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov, Milli Məclisin deputatları Fəttah Heydərov, Jale Əliyeva, Aydın Mirzəzadə, Azərbaycan İş adamları Birliyindən Rövşən Abbasov, Qaməddin Tağıyev, Rusiya tərəfindən Sankt-Peterburq Administrasiyasının Xarici Əlaqələr Komitəsi sədrinin müavini Sergey Markov və komitənin informasiya, MDB ölkələri və RF-nin regionları idarəsinin aparıcı mütəxəssisi Aleksandr Anpiloqov iştirak ediblər.
A.Axundzadə onu da qeyd edib ki, tədbirdə ulu öndərin həyat və fəaliyyəti barəsində geniş söz açılıb. Həmçinin Heydər Əliyevin adını daşıyan fond, fondun həyata keçirdiyi layihələr barəsində ətraflı məlumat verilib. Konsertdə Sankt-Peterburq Universitetinin Kamera Orkestrinin ifasında F.Əmirov, Q.Qarayev, Niyazi, V.Mustafazadə, S.Raxmaninov və E.Kurtisin əsərləri səsləndirilib.
Konsertin bədii rəhbəri və baş dirijoru Rusiyanın Əməkdar Artisti Andrey Alekseyev, dirijoru Azərbaycanın Xalq Artisti Teymur Göyçayev olublar.
-
Magazin123:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi