Qırmızı.az
Bəzi bələdiyyələr ləğv edilir
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
Trend-in məlumatına görə, iclasın gündəliyində 2 məsələnin -
"Azərbaycan Respublikasının bələdiyyələrinin birləşməsi yolu ilə
yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsinin və
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə və
dəyişikliklər haqqında layihəsinin müzakirəsi yer alıb.
Qanun layihələri barədə məlumat verən komitənin sədri Arif
Rəhimzadə bildirib ki, Azərbaycanda bələdiyyələrin yaradılması üçün
iki şərt var: "Şərtlərdən biri odur ki, bələdiyyələrin fəaliyyəti
üçün ərazi olmalıdır. İkincisi, həmin ərazidə 5 nəfər də olsa,
insan yaşayırsa, o zaman bələdiyyə yaradılması üçün əsas var. Bu da
ən demokratik yoldur. Ona görə də Azərabycanda bələdiyyələrin sayı
çox idi".
Komitə sədri onu da əlavə edib ki, ilk vaxtlar 2757 bələdiyyə
fəaliyyət göstərirdi: "Sonradan bu qənaətə gəlindi ki, kiçik
bələdiyyələr özlərini lazımi səviyyədə göstərə bilmir. Buna görə də
2009-cu ildə mayın sonlarında bələdiyyələr birləşdirilərək sayı
1716-ya endirildi. Yeni qanuna əsasən, 21 rayon üzrə 204 bələdiyyə
birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110
bələdiyyə ləğv edilir".
A.Rəhimzadə qeyd edib ki, bu gün bələdiyyələrə torpaq xəritələrinin
verilməsində müəyyən problemlər mövcuddur: "Bu, əsasən Bakıda böyük
problemdir. Bunun da əsas səbəbi burada dövlət və bələdiyyə
əmlakının ayrılmasında çətinliyin olmasıdır".
Qeyd edək ki, Ağcəbədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonu
üzrə 1, Ağdaşda 15, Astara, Xaçmaz, Qax, Samux, Balakən üzrə 2,
Fizulidə 3, Goranboy, Quba, Şəmkir, Tərtər üzrə 4, Zaqatalada 6,
Şamaxıda 8, Gədəbəydə 11, Qəbələ rayonu üzrə 19 bələdiyyə
birləşdirilib.
Hər iki qanun layihəsi müzakirələrin sonunda parlamentin plenar
iclasına tövsiyə olunub.
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA