Qırmızı.az
Səhiyyə naziri Stomatoloji Tədris Mərkəzində
Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, millət vəkili Əhliman Əmiraslanovla birgə ATU-nun Stomatoloji Klinikasının nəzdində yeni tikilən Stomatoloji Tədris Mərkəzinə baxış keçirib.
Stomatoloji Klinikanın direktoru Alqış Səfərov mərkəzdə quraşdırılan yeni, məxsusi olaraq mərkəz üçün Avropadan gətizdirilən avadanlıqlar barədə məlumat verib. Onun sözlərinə görə, dünyanın yalnız aparıcı ölkələrinin tibb müəssisələrində olan bu avadanlıq tələbələrin nəzəri və praktiki biliklərini təkmilləşdirməkdə müstəsna əhəmiyyətə malikdir.
Səhiyyə naziri Oqtay Şirəliyev Stomatoloji Mərkəzdə görülən işlər, klinikanın təchizatını yüksək dəyərləndirdiyini deyib. Nazirin sözlərinə görə, klinikanın bütün avadanlığı tibb elminin ən son nailiyyətlərinə cavab verir və bu cür müasir, modern texnoloji avadanlıqlarla çalışmaq rezidentlər üçün müsbət təcrübə yaradacaq.
Daha sonra isə nazir O.Şirəliyev və rektor Ə.Əmiraslanov ATU-nun 4 saylı tədris binasındakı vəziyyət, xüsusilə Elektron mikroskopiya laboratoriyasında quraşdırılan yeni avadanlıqla tanış olublar. Nazirə verilən məlumata görə, burada yaradılan şərait dünya universitetlərinin laboratoriyalarında istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir analizatorlar yerləşdirilib.
Nazirlə görüşdə stomatologiya fakültəsinin dekanı prof. Zöhrab Qarayev, uşaq stomatologiyası kafedrasının müdiri prof. Rəna Əliyeva, insan anatomiya kafedrasının müdiri Vaqif Şadlinski, kafedranın professoru Mübariz Allahverdiyev, epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev, biokimya kafedrasının müdiri Arif Əfəndiyev və digərləri iştirak ediblər.
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi