Qırmızı.az
Prezident “ASAN xidmət”in açılışında iştirak edib
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışı
olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin
açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin fəaliyyəti ilə tanış oldu.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş
şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verdi ki, 4 saylı Bakı
"ASAN xidmət" mərkəzi paytaxtın Sabunçu, Xəzər, Pirallahı
rayonlarında qeydiyyatda olan 407 min 700 vətəndaşa xidmət
göstərəcəkdir.
Mərkəzdə 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir.
Eyni zamanda, burada 28 növ funksional yardımçı xidmətlər təşkil
edilmişdir. Mərkəzdə müasir avadanlıqla təchiz edilmiş
İnnovasiyalar otağı vardır.
Əlil vətəndaşlar da mərkəzin xidmətindən rahat yararlana
biləcəklər. Gözdən əlillərin sərbəst hərəkəti üçün döşəməyə xüsusi
örtüklər vurulmuşdur.
Diqqətə çatdırıldı ki, 4 saylı "ASAN xidmət" mərkəzinin
həyətində "Uşaq avtoşəhərciyi" yaradılmışdır. Burada uşaqların yol
hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları
üçün
hər bir şərait vardır.
"ASAN xidmət" mərkəzinin fəaliyyətinin məqsədi dövlət
orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı
salınmasının, şəffaflığın təmin edilməsinin, korrupsiya hallarının
istisna olunmasının, müasir texnologiyaların, "bir qapı"
prinsipinin tətbiqinin, dövlət qulluqçusu-vətəndaş münasibətlərində
yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın
hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır.
Dövlətimizin başçısı mərkəzin kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir