Qırmızı.az
Bacısına görə diri-diri yandırılan 6 yaşlı qızın DƏHŞƏTLİ HEKAYƏSİ
Türkiyədə 6 yaşlı Gizəm Akdeniz vəhşicəsinə qətlə yetirilib.
Belə ki, 6 yaşlı Gizem Akdeniz evlərinin qarşısından yoxa çıxıb. Şəhər hüquq-mühafizə orqanlarına müraciət edən ailə dəhşətli xəbərlə sarsılıb. Aparılan axtarış nəticəsində polis kiçik qızın işgəncəyə uğramış cansız bədənini tapıb. Tibbi ekspertiza 6 yaşlı qızın bıçaqlandığını, boğulduğunu və daha sonra yandırılaraq qətlə yetirildiyini müəyyən edib. Hüquq-mühafizə orqanları qısa müddətdə cinayətkarın ailənin yaxın qohumu , Süleyman Akdəniz olduğunu da müəyyən edib. Şübhəli polisə verdiyi ilkin ifadə zamanı cinayəti etiraf edib. Cinayətin törədilməsinə səbəb isə 6 yaşlı Gizəm Akdənizin böyük bacısının ona ərə getməməsi olub. Bütün ölkəni sarsıdan olaydan sonra rəsmilər belə ağır cinayətlər üçün edam hökmünün bərpasını da müzakirə etməyə başlayıb. Vəhşicəsinə qətlə yetirilən 6 yaşlı qızcığazın atası Mustafa Akdeniz ilk dəfə Türkiyənin "Hürriyet" qəzetinin müxbiri Ayşə Armana müsahibə verib. Publika.Az həmin müsahibəni təqdim edir:
Bu necə bir acizlikdir
- Allah heç kimə göstərməsin. Övlad itkisi kimi dəhşətli bir itki yoxdur. Ürəyinizdən nələr keçir?
- Ürəyim ağrıyır. Kaş ki, mənə işkəncə versəydi. Ancaq Gizəmə dəyməyəydi. Həmdə ki, dünyadan xəbəri olmayan uşaq idi o. Ona işkəncə verdin, yandırdın, əlinə nə keçdi? Nəyə nail oldun? “İntiqam aldı” deyilməsi mənim üçün əsaslı deyil. Qan davası olan insanlar belə körpəyə, qadına bu cür şeylər eləmirlər. Bir də buna əsəbləşirəm: O qədər böyük adam var. Ancaq o qorxaq adam, iyrənc adam onlara dəymir. Çünki gücü çatmazdı. Durdu özünü müdafiə etmək iqtidarında olmayan bir uşağa elədi bunları. Bu nə cür acizlikdir, bu nə cür heyvanlıqdır?!
“O sənin əmin oğludur”
- Böyük qızınızı istəməsi hadisəsi nə cür baş verdi?
- Bu məxluq mənim böyük qızımı istəyirdi. Qızım da universitetdə oxuyurdu. Qızımdan soruşdum “evlənmək istəyirsənmi?”. “Yox ata. Oxumaq istəyirəm. Məni ərə verəcəkdinsə universitetə niyə göndərirsən?” dedi. Sonra da əlavə elədi ki, “həm də o sənin əmin oğludur. Məni də böyük qardaşım sayılar. Qətiyyən olmaz”. Bütün bu söhbətlər yeddi ay əvvəl olub. Arvadım getdi, oğlanın anasına danışdı, mən dayılarına izah elədim. Böyük qardaşını çağırıb hamısını danışdım. Heç kimin qüruruna toxunmadıq. Bu qədər mədəni olmağımın səbəbi də birdən düşmənçilik olar, universitetə gedib-gələndə birdən qızı qaçırdarlar idi. Ancaq heç ağlıma belə gəlməzdi ki, körpə uşağa zərər verə bilər. Ona görə polislər də deyəndə “əşşi elə şey ola bilməz. O ailəmin bir üzvüdür. Mümkün deyil” dedim. Mən cinayətkarı bayırda axtarırdım. Təsəvvür edin ki, Gizəm bu adamı görəndə “əmi, əmi” deyə qabağına qaçırdı. Qonşumuz idi.
- Uşaqlığınızdan tanıyırsınız yəni?
- Doğmaca əmim oğludur. Ancaq çox da ailəvi gediş-gəlişimiz yox idi. Xasiyyətini bilmirəm. Tanımıram. Eyni küçədə qalırıq, həmişə qarşılaşırıq. Ancaq bircə dəfə belə görüşməmişik. O biri əmim oğlanları ilə aram yaxşıdır. Lakin bununla o qədər deyil.
“Diri-diri yandırıb”
- Birdən işin arxasında başqa söhbət olar. Bir insan şizofrenmi? Niyə belə bir şey eləsinki?
- Heç nə yoxdur. Bilirəm heç bir məntiqli açıqlaması yoxdur. Ancaq elədi. Gizəm də ağıllı uşaqdır. Onu tanıdığı üçün onunla gedib. Yoxsa getməzdi.
- Siz morqda Gizəmin cəsədini gördünüzmü?
- Əlbəttə gördüm. Mən tanıdım. Ancaq nə siz soruşun, nə mən deyim. Üzü, gözü tanınmaz halda idi. O allahın bəlası bıçaqlayıb, daşla başına vurub, döyüb... boğmağa çalışıb... hirsi soyumayıb, üstünə benzin töküb, yandırıb. Bir də uşaq yana-yana bu da 25 dəqiqə yanında gözləyib.
- Hardan bildilər?
- Polislərin özü dedi. Benzin töküb uşağı yandırdığı zaman, hələ canlı idi. Belə bir şey ola bilərmi? İnsan dəli olmazmı? Bir də dövlət götürüb, bunları bəsləyir. Niyə bəsləyirsən? Bunun əvəzi edamdır.
- Edam olsaydı, qatilin edam edilməsini istəyərdinizmi?
- Onu mənim əlimə verəydilər... Onun üçün bu cür ölüm “xilas” olardı.
Vüsal Tağı
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI