Qırmızı.az
ANS-dən cavab (YENİLƏNİB)
"ANS Şirkətlər Qrupuna daxil olan 3 şirkətin Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentini məhkəməyə verməsi haqda yayılan məlumatlar əsassızdır". Bunu ANS PRESS-ə açıqlamasında Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov deyib.
"Qeyd edək ki, bu ilk belə hal deyil. Həmkarlarımıza məsləhət görərdik ki, bu cür xəbərləri verdikdə ANS rəhbərliyi ilə əlaqə saxlayaraq məsələni dəqiqləşdirsinlər. İnanırıq ki, Qafqazinfo saytı gələcəkdə də şirkət haqda xəbər yaydıqda ANS-in şərəf və ləyaqətini nəzərə alacaq".
Xatırladaq ki, bu gün ANS Şirkətlər Qrupuna daxil olan “ANS Press
Nəşriyyatı Evi” MMC, “ANS Kommers” şirkəti və “Bakı Film” MMC-nin
Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentini məhkəməyə
verməsi haqda məlumat yayılmışdı.
11:35
Vahid Mustafayevin sahibi olduğu üç şirkət Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentini məhkəməyə verib.
“Qafqazinfo”-nun verdiyi məlumata görə, bunlar “ANS Press Nəşriyyatı Evi” MMC, “ANS Kommers” şirkəti və “Bakı Film” MMC-dir.
Hər üç şirkət ayrı-ayrılıqda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin tərtib etdiyi müvafiq aktların etibarsız hesab edilməsi barədə qərar verilməsini xahiş edib. Belə ki, Departament “ANS Press Nəşriyyatı Evi” MMC, “ANS Kommers” şirkəti və “Bakı Film” MMC-ni cərimələyib.
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi