Qırmızı.az
Azərbaycanda rektordan Təhsil Nazirliyinə şok ittiham - VİDEO
" Saxta diplom qalmaqalında Təhsil Nazirliyinin vəzifəli şəxslərinin də əli var"
Müəllimlər İnstitutunun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində institutun rektoru Aqiyə Naxçıvanlının imzası var. Elə sual doğuran məqam da budur.
Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Aqiyə Naxçıvanlı: “Buyurun mən sizə sənəd göstərim və bu sənədlə onu sizə sübut edə bilim. Bax görürsünüz diplom iki hissədən ibarətdir. Bu hissədə yalnız komisiyanın sədri, Aqiyə Naxçıvanlının imzası və möhürü var.
Bu hissəni o təşkilatlar skaynerdən çıxarır olduğu kimi. Unudurlar, bu seriyanı, bu diplomu tapmaq olar, bu hissəni belə yazıb kartona yapışdırıb camaata paylayırlar. Heç ekspertizaya getməmişdən deyərəm ki, bu mənim imzamdır. Amma seriyanı yoxladanda görürəm ki, buranı yazan başqa adamdır”.
Aqiyə Naxçıvanlı etiraf edir ki, uzun illərdir ki, institutun
filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar
olub və buna görə də dəfələrlə daxili yoxlamalar aparıb. Məhz bu
saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə müraciət
edibmiş.
Aqiyə xanım hesab edir ki, saxta diplomların verilməsində elə Təhsil Nazirliyinin vəzifəli şəxslərinin əli olub. O sənədlər sübut edir ki, filiallara saxta köçürmələri məhz Nazirlik edib. Məsələn keçmiş nazir Misir Mərdanovun 8 nəfərin köçürülməsinə verdiyi əmrə sonradan qoşma sənədlərlə daha 88 nəfər əlavə edilib. İndi də yeni nazir Mikayıl Cabbarov strukturu təmizləməklə məşğuldur.
Aqiyə xanımı narahat edən digər bir məsələ gözdən iraq olan filialların rəhbərlərinin özbaşınalığıdır. Testdən kənar qəbul, saxta köçürmə və saxta diplomları verən təhsil ocaqlarından biri də Qazax filialı olub. Yeri gəlmişkən, institutun 4 filialı ləğv olunur. Bunlar Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarıdır.
Filialların bağlanması həmin təhsil ocaqlarında maddi texniki bazanın yetərli olmaması ilə izah edilir. Ləğv prosesi ilə yanaşı, həm də işdən çıxarılmalar da var. Təhsil Nazirinin əmri ilə işdən çıxarılan Salyan filialının rəhbərinin Aqiyə Naxçıvanlını təhdid etməsi barədə yazılmış xəbərə də özü aydınlıq gətirdi.
Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Aqiyə Naxçıvanlı:
“Salyan filialının rəhbəri deyir ki, mən 200 min manat verib bu
posta gəlmişəm. Onda sual verirəm. Bir filial direktorunun, özü də
həyat yoldaşı olmayan qadının pulu hardandır? Hardan yığıb o pulu?
Və o, gözəl bilirdi ki, ora müvəqqəti gedib. O pulu nə üçün
verirdi, alan adam da bilirdisə, o çıxarılasıdır, niyə alırdı? Mən
bu şantajlarla 8 ildə çox rastlaşmışam. İndi də Mingəçevir filialı
bu şantajları verir”.
Düzdür indi adı çəkilən bu filialların keçmiş rəhbərləri düşünə
bilərlər ki, işdən çıxarılıblar və saxtakarlıqları da keçmişdə
qalıb. Baş Prokurorluğun açıqlaması isə tam əksini deyir. Baş
Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 2 maddə
ilə vəzifə saxtakarlığı və vəzifəsindən sui-istifadə maddələri ilə
cinayət işi açılıb.
(Avropainfo.az)
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO