Qırmızı.az
Mindən çox məzun işlə təmin olunacaq
Mayın 23-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və İqtisadiyyat və Sənaye Naziriyinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində IX “Məzun-2014” ümumresprublika yarmarkası keçiriləcək. “Sənaye ili” çərçivəsində təşkil olunacaq yarmarkada 90-dan çox dövlət qurumu, sənaye müəssisələri, şirkət və banklar iştirak edəcək. Yarmarkada tələbələrə müxtəlif ixtisaslar üzrə vakant iş yerləri, staj keçmə, təqaüd və təcrübə proqramları təqdim olunacaq.
Yarmarkada ölkəmizdə və xaricdə təhsil almış 2500-ə kimi məzunun iştirakı gözlənilir. Artıq 7 ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Avstriya, Bolqarıstan, Estoniya) 40 universitetinin məzunu iştirak etmək üçün rəsmi qeydiyyatdan keçib. İşlə təmin olunmaq istəyən məzunlar CV-lərini mayın 22-dək [email protected] elektron ünvanına göndərə bilərlər. Yarmarkada bütün ali təhsil müəssisələrinin məzunları iştirak edə bilərlər.
“Məzun-2014” yarmarkasında gənclərə 1000-ə yaxın vakant iş yerləri təklif olunacaq. Yarmarkada məzunların dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşləri təşkil ediləcək, ən qabiliyyətli və perspektivli məzunlar daimi iş yerləri ilə təmin ediləcəklər.
Həmçinin, yarmarka günü tələbə və məzunlar üçün özəl şirkətlər tərəfindən müxtəlif uduşlu lotoreyalar, hədiyyə kampaniyaları, müsabiqələr, mükafatlandırmalar və digər tanıtım tədbirləri həyata keçirəcək.
Yarmaka bitdikdən sonra müraciət edən bütün məzunların CV-ləri dövlət qurumlarına və özəl şirkətlərə təqdim ediləcək.
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO