Qırmızı.az
Bakıda məktəb bağlandı
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Xətayi rayonunda yerləşən 88 nömrəli məktəbin bağlanması xəbərləri ilə bağlı açıqlama veriblər. İdarənin mətbuat xidmətindən ANS PRESS-ə bildirliblər ki, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturundan səmərəli istifadə edilməsi məqsədilə BŞTİ tərəfindən sistemli tədbirlər həyata keçirilir:
“Həmin tədbirlər çərçivəsində o cümlədən, məktəbin tutumu şagird
sayını 2 dəfədən çox üstələdiyi, məsələn 600 yerlik məktəbdə
300-dən az şagird təhsil aldığı təqdirdə, həmin məktəbin
şagird-müəllim heyətinin digər ümumtəhsil müəssisələrində
yerləşdirilməsi, boşalmış məktəbdə isə sıxlığı yüksək olan və bu
səbəbdən 2 növbəli rejimdə işləyən məktəblərin şagird-müəllim
heyətinin yerləşdirilməsi nəzərdə tutulub”.
İdarədən bildiriblər ki, bu günlərdə BŞTİ-nin tabeliyində olan bir
neçə belə ümumtəhsil müəssisəsində, o cümlədən Xətai r-nu 88
nömrəli orta məktəbin pedaqoji heyəti ilə görüşlər keçirilib,
müəllimlərə yaşayış yerləri nəzərə alınmaqla daha yüksək dərs
stavkası olan məktəblərdə işləmək təklif edilib:
“Şagirdlərə gəlincə onların valideynlərə uşaqların oxuduqları məktəbin 100-200 metr radiusunda yerləşən digər 3-4 məktəb seçmək imkanı olacaqdir”.
Xatırladaq ki, Xətayi rayonunda yerləşən 88 nömrəli məktəbin
bağlanması barədə xəbərlər yayılıb. Xəbərlərdə məktəbin türklərə
satıldığı iddia edilib. Hətta müəllimlərə könüllü qaydada işdən
çıxmaları barədə ərizə də yazdırıldığı yayılan məlumatlar arasında
yer alıb.
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi