Qırmızı.az
Azərbaycanın çox hissəsi su altında qalacaq - Dəhşətli Proqnoz
"Mən deyə bilərəm ki, qlobal istiləşmə getmir, əksinə soyuma prosesi gedir. Əgər söhbət şimaldan gedirsə, orada əriyən buzlaqlar, əksinə, bərpa olunub, hətta artıb. Qlobal istiləşmə termini 2006-cı ildən ləğv olunub. Ona görə də bütün bunlar cəfəngiyatdır”.
Bu sözləri Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri
Telman Zeynalov qlobal istiləşmənin yaratdığı fəsadlara münasibət
bildirərkən söyləyib:
“Ola bilər ki, ABŞ özündə olan hərbi silah vasitəsilə şimal
qütbünün üzərində azon təbəqəsini dağıtsın və günəş şüalarını ora
yönəltsin, buzlaqlar ərisin. Ancaq mən inanmıram ki, onlar Rusiyaya
bata bilsinlər. Rusiyanın son dövrdə əldə etdiyi silahlar dünyanın
heç bir dövlətində yoxdur. Onlar 1 dəqiqə ərzində 3-cü Dünya
müharibəsinin taleyini həll edə bilər”.
Ekspert hesab edir ki, qlobal iqlim dəyişikliyindən əziyyət çəkən
ölkələrin çoxu Afrika qitəsinə düşür:
“İqlim dəyişməsində ən çox Afrika dövlətləri əziyyət çəkir. Sakit
Okean üzərində ozon təbəqəsində dəlik var ki, məhz yerdə baş verən
iqlim dəyişikliyinin əsas səbəbkarlarından biri də bu deşikdir.
Əgər onu oynatsalar, dünyanın axırı olacaq”.
Ekoloq Telman Zeynalov iqlim dəyişməsinin Azərbaycan üçün
nəticələrindən də danışdı:
“Biz Rusiya ilə qonşu olduğumuza görə onlarda baş verən hadisə bizə
təsirsiz ötüşməyəcək. Əgər onların ərazisindəki buzlaqlar ərisə,
şimala doğru axan çayların əksəriyyəti cənuba doğru axmağa
başlayacaq və Xəzər dənizinin səviyyəsinin 30-40 metr qalxmasına
şərait yaradacaq. Bu da o deməkdir ki, Azərbaycanın 25-30 faizi
suyun altında qalacaq”.
Xatırladaq ki, ABŞ ekspertlərinin verdiyi məlumata görə, hazırda
istiləşmə ilə əlaqədar olaraq buzlaqlar daha tez əriməyə başlayıb.
Bu səbəbdən Afrika və Yaxın Şərq sakinləri artıq köç etməyə
başlayıblar. /Axar.az/
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ