Qırmızı.az
Hərbçilərimiz qəzaya düşdü: 1 ölü, 3 yaralı
Azərbaycanda hərbçilərin olduğu avtomobil qəzaya düşüb, 1 nəfər ölüb, 3 nəfər yaralanb.
Trend-in məlimatına görə, hadisə Goranboy rayonu ərazisində baş verib.
Hərbçilərdən birinə məxsus şəxsi avtomobil Tərtər istiqamətində hərəkət edərkən Goranboy rayonu ərazisində qəzaya uğrayıb. Belə ki, müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cavanşir Xafiyev VAZ-21015 markalı avtomobili idarə edərkən idarəetməni itirərək avtomobili yolun kənarındakı kanala aşırıb. Hadisə nəticəsində sərnişinlərdən biri - müddətdən artıq hərbi qulluqçu Sadıqov Elməddin Qəşəm oğlu ölüb. Sürücü Cavanşir Xafiyev və müddətdən artıq xidmət edən digər 2 hərbi qulluqçular - Əliyev Elşən və Kazımov Emil müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar hərbi hospitala yerləşdiriliblər.
Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiq ediblər.
Faktla əlaqədar hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO