GDU –nun tələbələri Erasmus-Mundus Proqramında iştirak edəcəklər
Bizi izləyin

Qırmızı.az

GDU –nun tələbələri Erasmus-Mundus Proqramında iştirak edəcəklər

Bu il GDU –nin 9 tələbəsi Erasmus-Mundus Xarici Əməkdaşlıq Mübadilə Proqramıda iştirak edəcək.

Bu il GDU –nin 9 tələbəsi Erasmus-Mundus Xarici Əməkdaşlıq Mübadilə Proqramıda iştirak edəcək.

Təhsil Nazirliyini təşəbbüsü ilə ənənəvi səfərimiz Gəncə şəhərinə oldu. Bu şəhərdə olmaqda məqsədimiz Gəncə Dövlət Universitetinin tələbələrinə “Sabah” qrupları haqqında ətraflı məlumat vermək idi.

Tələbələr “Sabah” qrupaları olduqca maraq göstərirdilər. Bunu onların verdiyi sual cavabdan müşahidə etmək olurdu. Tələbələr xaricə getmədən xarici və yerli müəllimlərin iştirakı ilə tədris olunacaq təhsili yüksək qiymətləndirirlər. Məlumat üçün bildirək ki,gələcəkdə bölgələrdə “SABAH” qruplarının açılması gözlənilir.

Məsələn, Gəncə Dövlət Universitetində də “SABAH” qrupları açıla bilər. Qeyd edək ki, GDU-nin tələbələri bir çox beynəlxlaq proqramlara qatılıblar. Bu proqramlardan biri də 2007 ci ildən Gəncə Dövlət Universitetinin əməkdaşlıq etdiyi Erasmus-Mundus Xarici Əməkdaşlıq Mübadilə Proqramıdır. Proqram çərçivəsində bu il 9 nəfər tələbə Avropanın müxtəlif universitetlərində təhsillərini davam etdirəcək. Bu tələbələr arasında Ağayeva Zərxanım da var. Zərxanım Gəncə Dövlət Universitetinin Kimya Bialogiya fakültəsinin 3 –cü kurs tələbəsidir. O təhsilini Fillandiyanın Türk Universitetində davam etdirəcək.

Yeri gəlmişkən Erasmus-Mundus Xarici Əməkdaşlıq Mübadilə Proqramı çərçivəsində Gəncə Dövlət Universitetində tələbələrə, aspirantlara, o cümlədən, doktorantlara iki qitə arasında mobillik imkanı verir .Bütün bunların nəticəsidir ki, Gəncə Dövlət Universiteti son illər həmin mübadilə proqramı vasitəsi ilə Avropa təhsil məkanına inteqrasiyanı uğurla həyata keçirib. Bəllidir ki, Erasmus-Mundus ali təhsil sahəsində əməkdaşlıq və mobillik proqramıdır.

Onun məqsədi Avropada ali təhsilin keyfiyyətinin yüksəldilməsi və üçüncü ölkələrlə əməkdaşlıq yolu ilə insanlar və mədəniyyətlər arasında dialoqun və qarşılıqlı anlaşmanın təşviq və təbliğ edilməsidir. Erasmus-Mundus proqramları Avropadan və hədəf seçilmiş üçüncü ölkələrdən olan universitetlər arasında tərəfdaşlıqlar yaratmağı arzulayan ali təhsil müəssisələrinin imkanlarını birləşdirir və əldə edilən nəticələrin kollektiv şəkildə qiymətləndirilməsini, xüsusi olaraq qeyd edilməsinə və mükafatlandırılmasına şərait yaradır.

Qeyd edək ki, GDU-nin bu il daha çox tələbəsi Erasmus-Mundus proqramına qoşulub.Proqramda müəllimlərdən isə 1 fəlsəfə doktoru iştirak edəcək. Unversitetdən o da bildirilir ki, bir qrup müəllim Portuqaliyada dərs deyib. Eyni zamanda GDU-i “Mövlana”mübadilə proqramı layihəsindən 100-ə yaxın müəllim o layihə də də 20-30 tələbə müəllim həmin layihədə də iştirak edəcək.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm