Qırmızı.az
“1000 nəfərin kəbinini kəsdim, 250-si boşandı” - Axund
İçərişəhər Cümə məscidində ötən il ərzində kəsilən kəbinin statistikası açıqlanıb.
Bunu AzNews-a İçərişəhər Cümə məscidi dini icmasının və eyni adlı
məscidin axundu Hacı Surxay Məmmədli bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə Cümə Məscidində 680 kəbin kəsilib
və amma təəssüflər olsun ki kəbinlərinin ləğv edilməsi ilə bağlı
950-dən çox müraciət olub. Mən bu rəqəmi gözləmirdim. 2012-ci ildə
ilə 1000-dən çox insana evlənmələri barədə kəbin oxudum və amma
250-dən bir az artıq boşanma oldu. H.Məmmədli vurğulayıb ki, bir
ailənin boşanması ailə üçün çox böyük bir travmadır:
“Hədisdə də deyilir ki, bir ailənin boşanması Allahın ərşi titrənir
və mələklər ağlayırlar. Mən boşanmalarla bağlı insanların rəylərin
də öyrənmişəm. Ayrılığa əsas yol verən şəxslər 20-25 yaşlı
gənclərdir. Boşanmalar ən çox narkotik maddələrin və alkoqolik
içkilərin qəbulu, maddi durum, məcburiyyət, xəyanət və digər
səbəblərdən olur. Təəssüflər olsun ki, ayrılıqlar əsasən kişilər
tərəfindən gəlir. Boşanmaların çoxalması Allaha qarşı günah sayılır
və Azərbaycan cəmiyyətində yaxşı bir hala gətirib çıxarmır”.
Axund bu məsələlərlə bağlı gənclərə müraciət edib:
“Allah da “Qurani-Kərim”də buyurur ki, evlənin ailə qurun. Birinci
mənim tövsiyə xarakterli gənclərimizə, cavanlarımıza müraciətim
budur ki, onlar evlənəndə fikirləşməsinlər ki, qız və yaxud oğlan
tərəfi varlıdır.
Onların ailə qurarkən iman üzərində bu qərarı verməlidirlər.
Məhəbbət əgər Allah rızası üçün qurulursa, ailə heç zaman dağılmır.
O ailə əgər dünyəvilik üzərində, madiyyət üzərində qurulursa, o
ailənin sonu faciədir. Bu məsələ könül xoşuluğu, razılıqla həll
edilməlidir”.
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı