Qırmızı.az
Davosda “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi keçirilib
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 22-də Davosda “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi keçirilib.
“SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi Davosda artıq üçüncü dəfədir ki, təşkil olunur. Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirin məqsədi ölkəmizin dünyada daha yaxşı tanıdılması və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dünya biznes aləminə geniş miqyasda təqdim edilməsidir. Bununla bağlı tədbir çərçivəsində Davosda reklam lövhələrinin və banerlərin vurulması da məhz bu amilə xidmət edirdi.
Minədək qonağın iştirak etdiyi gecə “Azərbaycan - gələcəyin
ölkəsi” adlı videoçarxın nümayişi ilə başlamışdır.
Mərasimdə çıxış edən dövlət neft şirkətinin prezidenti Rövnəq
Abdullayev Davos Forumunun strateji tərəfdaşı olan SOCAR-ın artıq
dünya şirkətinə çevrildiyini bildirib. Son illərdə ölkəmizdə gedən
sürətli inkişaf proseslərindən danışan R.Abdullayev deyib ki,
şaxələndirilmiş neft-qaz kəmərləri sisteminə malik olan Azərbaycan
hazırda 30-dan çox ölkəyə neft-qaz məhsulları ixrac edir və
Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ötən ilin
sonunda Bakıda imzalanan “Şahdəniz-2” müqaviləsi də bunu bir daha
təsdiqləyir.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter
Oettinger sürətli inkişaf yolu keçən Azərbaycanda neft sənayesinin
tarixindən danışmış, Xəzərin karbohidrogen ehtiyatlarının dünya
bazarına çıxarılmasında ölkəmizin mühüm rolunu qeyd edib.
G.Oettinger zəngin mədəniyyətə malik Azərbaycanda 2015-ci ildə
keçiriləcək birinci Avropa Oyunlarının mühüm əhəmiyyətə malik
olduğunu bildirib.
Mərasimdə bir sıra ölkələrin hökumət nümayəndələri, dünyanın nüfuzlu media orqanlarının rəhbərləri, həmçinin iri biznes dairələrinin təmsilçiləri iştirak edib.
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?