İstanbul Türk Ocaqları Qənirə Paşayevaya mükafat verdi
Bizi izləyin

Qırmızı.az

İstanbul Türk Ocaqları Qənirə Paşayevaya mükafat verdi

İstanbul Türk Ocaqları millət vəkili Qənirə Paşayevanı mükafatlandırıb.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevaya İstanbul Türk Ocaqları tərəfindən Azərbaycan və Türkiyə, ümumilikdə Türk Dünyası qeyri-hökumət təşkilatları arasında sağlam işbirliyinin qurulması yönündə çalışmalarından dolayı mükafata layiq görülüb. Mükafat millət vəkili Qənirə Paşayevaya İstanbul Türk Ocaqları rəhbəri Cezmi Bayram tərəfindən təqdim edilib. Mükafatı təqdim edən İstanbul Türk Ocaqları rəhbəri Cezmi Bayram bildirib ki, millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva millət vəkili olmaqla bərabər bir sivil toplum təşkilatı rəhbəri olaraq da hər zaman bütün platformalarda çıxışlarında və fəaliyyətində “bir millət, iki dövlət” düşüncəsi ilə çalışır və Azərbaycan həqiqətləri ilə bərabər Türk dünyası həqiqətlərini də dünyaya çatdırır və bu istiqamətdə çoxlu sayda layihələr həyata keçirir, kitablar, məqalələr yazır, konfransalar verir.

Mükafata görə təşəkkürünü bildirən Qənirə Paşayeva bildirib ki, o bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. Azərbaycan və Türkiyə, ümumilikdə Türk Dünyası qeyri-hökumət təşkilatları arasında sağlam işbirliyinin qurulması, bütünləşmə, birlik və bərabərliyi yolunda əlindən gələni etməyi özünə bir borc bildiyini və bu istiqamətdə bundan sonra fəaliyyətini davam etdirəcəyini deyən millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin bu sahədə maraqlı layihələr həyata keçirən və işlər görən Türk Ocaqları ilə birgə ortaq layihələrinin bundan sonra daha da artacağına inandığını bildirib. "Mən inanıram ki, Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatları bundan sonra da cəmiyyətin və dövlətlərimizin bütün sahələrində daha da fəal olmaqla ölkələrimizin inkişafı ilə bərabər, birliyimiz, bərabərliyimizin güclənməsi, həqiqətlərimizin dünyaya daha geniş yayılması istiqamətində də daha çox işlər görəcəklər”, - Qənirə Paşayeva deyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm