Daş karxanasında dava: 1 ölü, 1 yaralı
Bizi izləyin

Qırmızı.az

Daş karxanasında dava: 1 ölü, 1 yaralı

Bakıda daş karxanasında ölümlə nəticələnən dava baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 25-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yerləşən daş karxanasında Nurəddin adlı şəxs münaqişə zəminində orada işləyənlər, Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən F.Məmmədov mayın 26-da orada dünyasını dəyişib, Q.Həsənovun vəziyyəti orta-ağırdır.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm