Qırmızı.az
Əcnəbilər üçün ödənişli Azərbaycan dili kursu
“Dilçilik İnstitutuna qəbul olunmaq istəyən əcnəbilər üçün ödənişli kurs təşkil ediləcək. İndi onlar dili bilmədən minimum imtahanı verirlər. Bu cür imtahan vermək effektsiz olur. Bu həm də dilimizə və instituta qarşı hörmətsizlikdir”. Bu sözləri publika.az-a açıqlamasında Dilçilik İnstitutunun direktor müavini Məhəbbət Mirzəliyeva deyib.
O əcnəbilər üçün Azərbaycan dili kitabının da hazırlanmasının planlaşdırıldığını bildirib:
“İndi Azərbaycan dili imtahanı verən əcnəbilər üçün suallar veririk, oxuya biləcəkləri ədəbiyyat da göstəririk. Ola bilər ki, gələcəkdə onlar üçün xüsusi kitab hazırlayaq. Sentyabra qədər bu kurslarda dərs keçəcək müəllimlər, proqram və dərslik müəyyən proqram hazırlanacaq. Kursu bitirənlər sertifikat alacaq,dil imtahanını da müvəffəqiyyətlə verəcək”.
M.Mirzəliyeva bildirib ki, Dilçilik İnstitutunda orfoqrafiya, orfoepiya lüğətləri yenidən işlənir. Türk dillərinin tarixi müqayisəli qrammatikası yaradılır. Bu qrammatika ilə yanaşı Oğuz qrupunu da yazacağıq. Bütün lüğətlərin elekronlaşdırılır. Sosiolinqivistika və dil siyasəti şöbəsi kommunitiv dilçilik, psixolinqivistik tətqiqatlar aparılır. Onun sözlərinə görə, həmçinin sinifər üzrə bütün dərsliklər ən yaxşı orta məktəb müəllimləri dəvət edilməklə yoxlanılacaq:
“İlk növbədə Azərbbaycan dili dərslikləri, daha sonra da digər dərsliklərin yoxlanılacaq. Əvvəl dərslik komissiya tərəfindən yoxlanılıb, sonra Təhsil Nazirliyinə göndərilməlidir.
Kompüter dilçiliyi ilə bağlı qrup yaradılacaq. Dilçilik İnstitutunda orfoqrafiya, orfoepiya lüğətləri yenidən işlənir. Türk dillərinin tarixi müqayisəli qrammatikası yaradılır. Bu qrammatika ilə yanaşı Oğuz qrupunu da yazacağıq. Bütün lüğətlərin elekronlaşdırılır. Sosiolinqivistika və dil siyasəti şöbəsi kommunitiv dilçilik, psixolinqivistik tətqiqatlar aparılır”.
Gülxar
-
ABŞ01:11
Fəthullah Gülən öldü, yoxsa qaçırıldı? - AÇIQLAMA
-
Qoroskop00:05
Günün ULDUZ FALI: qəfil dönüşə hazır olun
-
Sosial26 May 23:41
Samirə Mustafayevanı o əvəz etdi - FOTO
-
İdman26 May 23:36
"Qarabağ"ın futbolçuları övladları ilə - FOTO
-
Mistika26 May 23:12
Azərbaycanda təhsil ocağının həyətindən CADU TAPILDI: İçəri daxil olan hər kəsi... - VİDEO
-
Magazin126 May 22:47
Çingizdən toyu ilə bağlı ilk paylaşım - FOTO
-
İdman26 May 22:12
Bu da Premyer Liqada mövsümün ən yaxşı qolu - VİDEO
-
Səhiyyə26 May 21:24
Vərəm peyvəndi insanları bu ölümcül virusdan QORUYUR