Bakı sakini bıçaqlayana 12 il cəza verildi
Bizi izləyin

Qırmızı.az

Bakı sakini bıçaqlayana 12 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd edən Elşad Rəhimovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Təqsirləndirilən şəxs ötən ilin noyabrın 27-də Yasamal rayonu, F.Ağayev küçəsində Bakı şəhər sakini Sərraf Mürsəlov bıçaqlayıb. Vaxtında xəstəxanaya çatdırılan Sərraf Mürsəlovun həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən Bakı şəhər sakini Elşad Rəhimov həbs edilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elşad Rəhimov 12 il müddətinə azadlıqdan məhrum edilib. /Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm