Qırmızı.az
Şəkidə avtomobil aşdı: 1 ölü, 4 yaralı
Şəkidə avtomobilin aşması 1 nəfərin ölümünə, 4 nəfərin
xəsarət almasına səbəb olub.
Şəkinin Cəyirli kənd sakini 26 yaşlı Vəfadar Hüseynov "Mercedes"
markalı avtomobillə, kənd isitiqamətində hərəkətdə olarkən qəfildən
idaretməni itirərək yoldan çıxıb və maşın yuvarlanaraq aşıb.
Qəza nəticəsində avtomobil deformasiyaya uğradığından hadisə yerinə
dərhal FHN-nin xilasediciləri cəlb olunub. Yaralılar maşından
çıxarılarkən avtomobildə olan sərnişin 25 yaşlı Xanım Hüseynova
aldığı xəsarətlərdən elə yerindəcə keçinib. Avtomobilin sürücüsü və
2-si azyaşlı olmaqla 4 sərnişin ağır xəsarətlərlə Şəki Mərkəzi
Rayon Xəstəxanasına yerləşdiriliblər.
Digər ağır xəstə bir nəfər Şirinova Ruhəngiz Qabil qızı diaqnozu
müştərək ağır dərəcəli travma, boynun qapalı travması, boyun
fəqərələrinin sınığı və travmatik şok diaqnozu ilə xəstəxanaya
yerləşdirilib. Digər xəstələrdən 1988-ci il təvəllüdlü Şirinova
Gunel boynun və kürək nahiyəsinin qapalı travması, yumşaq
toxumaların əziyi diaqnozu ilə ambulator müayinəyə aparılıb. Onun
övladları - 2010-cu il təvəllüdlü Şirinova Nuray Anar qızı sol təpə
nahiyəsinin kiçik sıyrılmış yarası diaqnozu ilə uşaq cərrahiyyəsinə
yerləşdirilib. Ailənin digər üzvü - 2013-cü il təvəllüdlü Şirinov
Tunar Anar oğlu sol təpə nahiyəsinin əzilmiş qan axan yarası və
diaqnozu ilə ilk yardım göstərilib və uşaq cərrahiyyəsinə
yerləşdirilib.
Yaralılardan Ruhəngiz Şirinovanın vəziyyəti daha ağır olduğundan o,
paytaxta göndərilib. /ans/
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi