Qırmızı.az
Bu günə olan hava proqnozu
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperatur gecə 16-21°, gündüz 24-29° isti, Bakıda gecə 18-20°,
gündüz 26-28° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət
gecə 80-85, gündüz 50-55 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və
axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 28-33° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı gözlənilir, leysan xarakterli olacağı ehtimalı
var.
Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-19°, gündüz 26-31° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı gözlənilir, leysan xarakterli olacağı ehtimalı
var.
Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında, əsasən, gecə və
axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir.
Temperatur gecə 16-20°, gündüz 28-33°, bəzi yerlərdə 35° isti
olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 15-20°, gündüz 23-28°, bəzi yerlərdə 31° isti,
dağlarda gecə 12-17°, gündüz 21-26° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji
amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən
əlverişlidir.
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO