Qırmızı.az
Vergilər naziri 4 rayonun sakinləri ilə görüşüb
Bu gün vergilər naziri Fazil Məmmədov Göyçay şəhərindəki 9 saylı Ərazi Vergilər İdarəsində Göyçay, Ağdaş, Ucar və Kürdəmir rayonlarından olan 40-dan çox vətəndaşı qəbul edib.
Publika.az xəbər verir ki, nazirliyin idarə və
departament, həmçinin digər struktur rəhbərlərinin də iştirak
etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən vergilərin
hesablanması və ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi,
vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların
qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən
xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi
orqanlarına işə qəbul və digər məsələlərlə bağlı olub.
Nazir Fazil Məmmədov hər bir vətəndaşın müraciətini dinləyib və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR