Qırmızı.az
Məhkumlara məzuniyyət veriləcək
Azərbaycanda azadlıqdan məhrum edilmiş şəxslərə, cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlara məzuniyyət verilməsi ilə bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək.
Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin
Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi, ədliyyə polkovniki Rafiq
Ramazanov deyib.
İdarə rəisinin sözlərinə görə, bununla bağlı Ədliyyə Nazirliyi
tərəfindən Milli Məclisə təqdim edilmək üçün müvafiq təkliflər
hazırlanır: "Müəyyən hadisələr zamanı –
məhkumların əzizlərinin, doğmalarının xeyir-şər günlərində iştirak
etmək üçün onlara məzuniyyət verilməsi nəzərdə tutulur. Təkliflər
yaxın gələcəkdə parlamentə təqdim ediləcək. Bunun mexanizmi,
məzuniyyətin hansı formada və nə qədər müddətə verilməsi məsələsi
müzakirələrdən və Milli Məclis tərəfindən qanunvericiliyə
dəyişikliklər qəbul edildikdən sonra dəqiq bilinəcək".
R. Ramazanov qeyd edib ki, hazırda Penitensiar Xidmətdə 15-20 il bundan əvvəlki münasibətlər tamam dəyişib. Getdikcə cəmiyyətin demokratikləşməsi, eyni zamanda Penitensiar Xidmətdə aparılan islahatlar azadlıqdan məhrum edilmiş şəxslərə öz doğmaları, əzizləri, ictimaiyyət nümayəndələri ilə görüşmələrinə daha geniş imkan verir, daha yaxşı şərait yaradılır: "Ümumiyyətlə, bu gün penitensiar müəssisələrdə saxlanma şəraiti ilə bağlı heç bir ciddi problem yoxdur. Hətta elə müəssisələr var ki, orada o qədər tamaşa və konsertlər verilir ki, məhkumlar, bəlkə də, azadlıqda olarkən heç bu qədər teatr və konsertdə olmayıblar. Təbii ki, bunun məhkumların islah edilməsində də çox böyük əhəmiyyəti var".
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi