Qırmızı.az
Kolleclərə sənəd verənlərin nəzərinə!
Orta ixtisas təhsili müəssisələrinin (9 illik) xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat mayın 29-da başa çatıb.
Publika.az-ın TQDK-ya istinadla verdiyi məlumata
görə, qeydiyyatdan keçən abituriyentlər üçün seçmə tur test
imtahanında topladıqları ümumi ballar müvafiq müsabiqə şərtlərini
ödəyərsə, iyulun 2-dən 5-dək aparılacaq.
Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi
Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən
mərkəzləşdirilmiş qaydada keçiriləcək.
İlkin statistik məlumata əsasən, xüsusi qabiliyyət tələb edən
ixtisaslar üzrə təhsil almaq üçün qeydiyyatdan keçən 8318
abituriyent 2430 plan yerinin müsabiqəsində iştirak edəcək.
İstiqamətlər üzrə yüksək müsabiqə vəziyyəti Musiqi sənəti üzrə
gözlənilir. Bu istiqamətin müsabiqəsində iştirak etmək üçün 1223
plan yerinə qarşı 5818 abituriyent müraciət edib.
Bədən tərbiyəsi və idman, Teatr, kino və xoreoqrafiya sənətləri
istiqaməti üzrə müsabiqə vəziyyətinin aşağı olacağı gözlənilir.
Belə ki, Bədən tərbiyəsi və idman istiqaməti üzrə ixtisaslara 535
plan yerinə qarşı 952 abituriyent qeydiyyatdan keçib.
Teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə isə 17 plan
yerinə 15 abituriyent müraciət edib.
Təsviri sənət istiqaməti üzrə isə 655 plan yerinin müsabiqəsində
1533 abituriyentin iştirak edəcəyi gözlənilir.
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ