Qırmızı.az
Azərbaycan müdafiə nazirinin NATO-ya səfəri başlayıb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri komandanı və ABŞ-ın Avropadakı Qüvvələri komandanı general Filip Bridlavın dəvəti ilə iyunun 2-də Belçika Krallığına rəsmi səfərə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, səfər zamanı keçiriləcək görüşlərdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə ediləcək.
Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olacaq.
Z.Həsənov, həmçinin NATO-nun baş katibi Anders Foq Rasmussenin dəvəti ilə NATO-nun Brüssel şəhərindəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirləri səviyyəsində iyunun 4-də keçiriləcək növbəti görüşdə iştirak edəcək.
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO