Qırmızı.az
Andlılar məhkəməsi institutundan imtina edirik
Milli Məclisdəki mənbələrdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" Qanun layihəsi hazırlanıb.
Layihəyə əsasən, mövcud "Məhkəmələr və hakimlər haqqında"
Azərbaycan Respublikasının Qanunun 4-cü (Məhkəmələrdə işlərə
baxılması) maddəsindən "yaxud andlı iclasçılardan ibarət tərkibdə",
27-ci (Ağır cinayətlər məhkəməsinin tərkibi) və 30-3-cü (Naxçıvan
Muxtar Respublikasının ağır cinayətlər məhkəməsinin tərkibi)
maddələrindən "Qanunla nəzərdə tutulmuş hallarda və qaydada ağır
cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu
məhkəmənin tərkibində andlılar məhkəməsi yaradıla bilər", eləcə də
Keçid müddəalarından "Qanunun andlı iclasçılara dair müddəaları
məhkəmə-hüquq islahatları başa çatdıqdan və müvafiq Qanun qəbul
edildikdən sonra qüvvəyə minir" ifadələri çıxarılır.
Bundan əlavə, Qanunun 115-123-cü maddələrini əhatə edən XXI fəsli
(Andlı iclasçılar) ümumiyyətlə ləğv edilir.
Təklif edilən layihənin mayın 3-də Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılacağı
gözlənilir.
Qeyd edək ki, uzun illərdir Azərbaycan qanunvericiliyində andlılar
məhkəməsi ilə bağlı müddəalar yer alsa da, təcrübədə heç vaxt
tətbiq olunmayıb.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO