İran ABŞ-ın "belini qırdı": Dünyanın ən böyük şirkətinə kiberhücum - Şok qadağalar başladı
Bizi izləyin

Dünya

İran ABŞ-ın "belini qırdı": Dünyanın ən böyük şirkətinə kiberhücum - Şok qadağalar başladı

Yaxın Şərqdə alovlanan müharibə artıq qlobal iqtisadiyyatın və texnologiya nəhənglərinin "boğazından yapışıb". İrandan gələn gözlənilməz zərbə və Britaniyadakı yanacaq qıtlığı dünyanı yeni xaosun astanasına gətirib.

Publika.az "The Times" qəzetinə istinadən xəbər verir ki, Böyük Britaniya Yaxın Şərqdəki böhran səbəbindən yanacaq satışına ciddi məhdudiyyətlər tətbiq etməyə hazırlaşır. Bildirilir ki, hökuməti artıq "B planı"nı masaya qoyub.

Məlumata görə, əgər bölgədəki münaqişə daha iki-üç həftə uzanarsa, ölkədə yanacaq satışı limitlənəcək. Bu sərt addımın atılmasında məqsəd xəstəxanaların və ictimai nəqliyyatın fasiləsiz işini təmin etməkdir. Ekspertlər xəbərdarlıq edir ki, vəziyyət belə davam edərsə, Britaniya küçələrində hərəkət iflic ola bilər.

Digər tərəfdən, kiber cəbhədə də vəziyyət kritik həddə çatıb. İranın ABŞ və İsrailin hərbi əməliyyatlarına cavab olaraq Birləşmiş Ştatlar strukturlarına qarşı tarixin ən böyük kiberhücumunu həyata keçirdiyi bildirilir.

Hücumun əsas hədəfi qlobal tibbi avadanlıq istehsalçısı olan "Stryker" şirkəti olub. Kiber hücum nəticəsində şirkətin işində ciddi problemlər yaranıb ki, bu da İrandan ABŞ-ın texnoloji və tibbi təhlükəsizliyinə endirilən ən ağır zərbələrdən biri kimi qiymətləndirilir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm