Sağlamlıq
Hər kəsi şoka salan əməliyyat: Burnundan görün nə çıxdı
Moskvada Filatov adına uşaq xəstəxanasının həkimləri 15 yaşlı yeniyetmənin burnunda nadir rast gəlinən və tibb dünyasını heyrətə gətirən "dişli şiş" aşkar ediblər.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeniyetmə üz nahiyəsindəki asimmetriya və burnunun daimi tutulması şikayəti ilə xəstəxanaya müraciət edib.
İlkin müayinə zamanı burun boşluğunda diş olduğu müəyyən edilsə də, həkimlərin araşdırması nəticəsində qorxulu mənzərə üzə çıxıb. Məlum olub ki, həmin diş teratoma adlı nadir embrional şişin daxilindədir.
Qeyd edək ki, teratoma daxilində saç, dırnaq, sümük, diş və hətta göz bəbəyi kimi toxumaların ola biləcəyi qeyri-adi şiş növüdür. Fərziyyəyə görə, belə şişlər bəzən inkişafdan qalmış "əkiz parazit" də hesab olunur.
Cərrah-otorinolarinqoloq Vüqar Dostiyevin rəhbərliyi ilə keçirilən əməliyyat uğurla başa çatıb. Xoşxassəli şiş tam şəkildə xaric edilib. Yeniyetmə sağalıb.
Adəm
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"


































