Qırmızı.az
Bakıda qəza törədən sürücü yaralını vəhşicəsinə döydü
Bu gecə Suraxanı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Hövsan-Zığ yolunun Qum adasına gedən ərazisində qeydə alınıb.
24 yaşlı sürücü Kamran Qasımov idarə etdiyi “VAZ-2107” markalı
avtomobillə Hovsan qəsəbəsindən üzü Əhmədli istiqamətində hərəkətdə
olarkən, əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan Füzuli
Museyibovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillə toqquşub.
Zərbənin təsirindən idarə etməni itirən “VAZ 2107”-nin sürücüsü
maşını yolun kənarında istifadəyə yararsız olan işıq dirəyinə
çırpıb.
Qəza nəticəsində “VAZ 2107”nin sürücü Kamran Qasımov ağır bədən
xəsarətləri, digər maşının sürücü Füzuli Museyibov və onun
sərnişini 14 yaşlı Səkinə Qədimova müxtəlif bədən xəsarətləri
alıb.
Baş verən qəzadan sonra “VAZ 21099”-un sürücüsü Füzuli Museyibov
qəzaya düşən digər nəqiyyat vasitəsinin sürücüsünü avtomobildən
yaralı vəziyyətdə çıxardaraq döyməyə başlayıb. Səs-küyə gələn
qəsəbə sakinləri yaralı sürücünü Füzuli Museyibovun əlindən
alıblar.
“VAZ-2107”-nin sürücünün vəziyyəti ağır olduğundan onu 1 saylı
şəhər kliniki xəstəxanaya aparıblar. Digər yaralıların xəsarətləri
isə yüngül olduğu üçün yerindəcə ambulator müalicə edilib.
/Ans/
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı