Qırmızı.az
Ordu üçün 54 milyon pul yığıldı
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmini açıqlayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, 2014-cü il iyun ayının 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 54 713 884 AZN, 211 791 ABŞ dolları və 593 avro pul daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum dövlət başçısı
Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə
yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu
respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi
şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə
qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.
Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait
Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi
təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə,
onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi
elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi
texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların
hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbçilərin
sosial və məişət problemlərinin həllinə yönəldilə bilər.
Beynəlxalq Bankın Binəqədi rayon filialında Silahlı Qüvvələrə
Yardım Fondunun manat, dollar, avro hesabları fəaliyyət
göstərir.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO