Qırmızı.az
Şəkiyə külək nə qədər ziyan vurub?
Şəkidə gecə saatlarında başlayan güclü külək rayon mərkəzində bir sıra fəsadlar törədib.
Şəki şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar üzrə komissiyasının sədr müavini Valeh Ələkbərov Publika.az-a açıqlamasında küləyin şəhərə ciddi zərər vurmadığını deyib.
“Bir neçə kəndin elektrik xətlərində problem olub, naqillər qırılıb, lakin qısa zamanda elektrik bərpa edilib. Bir yaşlı ağacın budağı qırılıb. Bir kənddə isə evin damında kirəmit sınması barədə məlumat verilib. Hazırkı məlumata görə, şəhərə və kəndlərə ciddi ziyan dəyməyib”.
Kanal S-in məlumatına əsasən, dünən gecə güclü külək Məmməd Əmin Rəsulzadə prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən ikimərtəbəli yaşayış binasının üzərinə çinar ağacı aşıb. Qorxudan bina sakinləri uzun müddət küçədə dayanmalı olublar və küləyin səngiməsini gözləyiblər. Şəki polisi də yarana biləcək hər hansı bir təhlükənin qarşısını almaq üçün səhərə kimi küçələrə nəzarət edib.
Gülxar
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO