Qırmızı.az
Əlilliklə bağlı müraciətlərin sayı azalıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 –"Qaynar Xətt"inə əlillik və reabilitasiya məsələləri ilə bağlı müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin may ayı ərzində 3 dəfəyə yaxın azalaraq 35-ə enib.
ƏƏSMN-dən Publika.az-a verilən məlumata görə, nazirliyin digər fəaliyyət sahələri ilə bağlı müraciətlərin sayı da azalmaqda davam edib. Belə ki, bu ilin may ayında 142 –"Qaynar Xətt"ə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə 368 müraciət daxil olub ki, bu da müqayisə olunan dövrə nisbətən 34 faiz azdır. Həmçinin müraciətlərin sayı məşğulluqla bağlı 52,8 faiz azalaraq 17-yə, əmək hüquqlarının təminatı ilə əlaqədar 34,4 faiz azalaraq 21-ə düşüb.
Ümumilikdə "Qaynar Xətt"ə daxil olan müraciətlərin sayında 40 faizədək azalma özünü göstərib. Müraciətlərin əksər qismi son vaxtlarda nazirliyin fəaliyyət sahələrində aparılan islahat tədbirləri, habelə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərlə əlaqədar sorğu xarakteri daşıyıb. Nazirliyin aidiyyəti struktur bölmələrinin mütəxəssisləri tərəfindən hər bir müraciət cavablandırılıb, həmçinin şikayət məzmunlu müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb.
-
İdman02:00
UEFA Konfrans Liqasının qalibi məlum oldu
-
Qoroskop00:25
Günün qoroskopu: ideyaların reallaşdırılması üçün uğurlu gündür
-
Nida Xəbər 29 May 22:28
Ceyhun Bayramov Pakistanda səfərdədir
-
Magazin229 May 21:52
Kadir İnanır yenidən xəstəxanaya yerləşdirildi
-
MDB29 May 20:50
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi
-
Magazin129 May 20:40
Bəhram Bağırzadənin bu hüququ məhdudlaşdırıla bilər
-
Elm və təhsil29 May 20:32
Müəllimlərə maaşlarla bağlı ŞAD XƏBƏR
-
Elm və təhsil29 May 19:52
Baş nazirdən QƏRAR: təkrar sertifikatlaşdırmadan keçməyənlər...