“4 qadın mənə yaxınlaşıb dedi ki…” – Hacıbala Abutalıbov
Bizi izləyin

Qırmızı.az

“4 qadın mənə yaxınlaşıb dedi ki…” – Hacıbala Abutalıbov

Ötən gün bir sıra saytlarda xəbər yayıldı ki, Bakı meri Hacıbala Abutalıbov məcburi köçkünləri təhqir edib, onları öz yurd-yuvalarını qoyub gəlməkdə suçlayıb.

Azadliq.info məlumatla bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən cavab ala bilmədiyindən, birbaşa Abutalıbovun özünü arayıb.

Abutalıbov yayılan məlumatla bağlı sorğuya əvlləcə “yalandır, iftiradır”, - deyə cavab verib. Sonra isə hadisənin təfərrüatını danışıb: “Yazırlar ki, mən məcburi köçkün ailələri ilə görüş keçirmişəm. Bu doğru deyil. Mən həmin əraziyə məscid tikintisi ilə əlaqədar getmişdim. Orada heç bir etiraz olmayıb. Sadəcə olaraq, 4 qadın mənə yaxınlaşıb bildirdi ki, köçürülmə ilə bağlı narazılıqları var. Bilirsiniz ki, bu məsələ mənim səlahiyyətimdə deyil, “Qaçqınkom”a aid məsələdir. Ancaq buna baxmayaraq, mən onlara kömək etməyə çalışdım və həyat yoldaşlarını ora dəvət etdim. Onların yanında da “Qaçqınkom”un sədr müavini ilə danışdım və onları qəbul etməsini xahiş etdim. Bu gün mənim nümayəndələrim də həmin ailələri qəbul edib və problemlərini həll edib. Onların məndən heç bir narazılqları ola bilməz. Təəssüf ki, bəzi media qurumları bizim mətbuat xidmətinin açıqlamasına da məhəl qoymayaraq, belə uydurma məlumatları tirajlayıblar”.

Abutalıbov daha sonra görüşdüyü həmin narazı köçkünlərdən birinin - Sevindik Məmmədov adlı şəxsin telefonunu müxbirə verib və bildirib ki, əks tərəflə də bunu dəqiqləşdirmək mümkündür.

Sayt həmin şəxslə əlaqə saxlayıb. Cəbrayıl rayonundan köçkün və Qarabağ əlili olduğunu bildirən Sevindik Məmmədov deyib: “Mən Qarabağ əliliyəm, qardaşlarım da müharibə veteranıdır. Orada heç bir təhqir olmayıb. Sadəcə, bizim mənzil təminatı ilə bağlı narazılığımız var idi. Biz bu haqda Hacıbala müəllimə bildirdik. O da bizim yanımızdan “Qaçqınkom”un sədr müavini Gəray müəllimlə danışdı. Gəray müəllim məni qəbul etdi. Onun izahatı məni razı salmadı, buna görə də yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Abutalıbov da sağ olsun, əlindən gələn köməyi əsirgəmədi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm