Qırmızı.az
Bakıda avtomobil piyadanı vurub öldürdü
Gecə Bakının Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Gəncə prospekti ilə Sadıqcan küçələrinin kəsişməsində qeydə alınıb. Qəza zamanı “Mercedes” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada - Şəki şəhər sakini, 55 yaşlı Yunisov Kənan Kamal oğlunu vurub. Piyada vurulandan sonra ona hadisə yerinə çağrılan təcili tibbi yardım həkimləri tərəfindən yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Kənan Yunisov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisədən sonra piyadanı vuran avtomobilin sürücüsü, 57 yaşlı
İsgəndərov Saday İsmayıl oğlu Xətai rayon polis idarəsinin
əməkdaşları tərəfindən istintaqa cəlb edilib. Piyadanın vurulduğu
avtomobil isə cərimə meydançasına aparılıb.
Faktla bağlı idarədə cinayət işi başlanılıb, araşdırma aparılır.
Hadisənin hansı şəraitdə baş verdiyi isə araşdırmaların
nəticəsindən sonra müəyyənləşdiriləcək. /ans/
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO