Qırmızı.az
Suriyada döyüşən vəhhabilər Azərbaycanı hədələdilər - FOTO
Sosial şəbəkələrdə yayılmış məlumatlarda Suriyada döyüşən və Azərbaycandan olan vəhhabilər şəxsiyyətlərini təsdiq edən sənədləri kütləvi şəkildə cırıblar və bunu Yəhya əl-Azəri adlı şəxsin profilində nümayiş etdiriblər. Məlumatı sosial şəbəkəyə istinadla Jam.az saytı yayımlayıb.
Cırılmış şəxsiyyət vəsiqələri və
pasportların altında şərh də yazılıb: “Allaha həmd olsun. Tağutun
safını təsdiqləyən sənədləri belə cırdıq».
Xatırladaq ki, Yəhya əl-Azəri adlı şəxsin Suriyada döyüşən azərbaycanlı vəhhabilərin komandiri olduğu bildirilir. Onun bir neçə dəfə ölüm xəbəri yayılsa da, yalan çıxıb. Ehtimal edilirdi ki, ölüm şayiəsini yaymaqla vəhhabilər Yəhya əl-Azərini qorumaq məqsədi güdüblər.
Lakin bir müddət öncə onun həqiqətən
döyüşlərin birində öldüyü foto və videolarla təsdiqləndi. Hazırda
isə onun profilini həyat yoldaşının istifadə etdiyi ehtimal olunur.
Çünki yazılan statusların bir çoxunda «ərim öldükdən sonra»
sözlərinə rast gəlinir.
Vəhhabilərin bu hərəkəti Azərbaycana təhdid kimi dəyərləndirilir. Xatırladaq ki, vəhhabilər şiələrin canını, malını və namusunu özlərinə halal sayır. Azərbaycan əhalisinin böyük əksəriyyəti isə şiələrdən ibarətdir. /Axar.az/
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO