Qırmızı.az
5 istehsalçıya "Halal" sertifikatı verilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi toyuq məhsulları istehsalçılarının "Halal məhsul" milli standartının istehsalı üzrə sertifikat almaq məsələsi ilə bağlı müraciətlərinə baxır.
Bu barədə bazar ertəsi jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Komitə sədri deyib: "Bu istiqamətdə müvafiq iş aparılır və əgər ölkədə belə məhsul istehsal olunarsa, həmin prosesdə Qafqaz Müsəlmanları İdarəsinin iştirakı təmin olunacaq".
Hazırda Azərbaycanda "Halal qida. Ümumi tələblər" dövlət standartına uyğun məhsul istehsal edən 5 müəssisənin məhsulları sertifikatlaşdırılıb. Bu müəssisələr - "Hakan Foods" FF Co. LTD müəssisəsi "Kral" və "Yeni dad" nişanlı məhsullar, "Səhliyalı" kiçik müəssisəsi "Min bərəkət, halal nemət" nişanlı məhsullar, "M T" LTD firması "Hacı Turqay" nişanlı məhsullar və "Zəhmət Ruzi" MMC "SAB" və digəridir. Belə sertifikatı almaq üçün cəmi 9 toyuq əti istehsalçısı müraciət edib.
Azərbaycana başqa ölkələrdən ət məhsullarının idxal edilməsindən danışan Həsənov qeyd edib ki, Dövlət Komitəsi gətirilən məhsullar üzrə istehsalçı ölkələrin müvafiq strukturlarından sertifikat alır.
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?